Pul
DGK-dən büdcəyə daxilolmalar artıb - HESABAT
Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 767.060,8 min manat vəsait daxil olub.
Publika.az xəbər verir ki, bu barədə DGK-nın cari ilin 8 ayının yekunları ilə bağlı hesabatında qeyd edilib.
Aparılan müqayisələr göstərib ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 34 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsinə daxilolmaların ümumi həcmi 2.810.056,3 min təşkil edib.
Qeyd edək ki, dövlət büdcəsinə daxilolmalar əsasən gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksizlər və yol vergisi üzrə olub.
İlin 8 ayında dövlət büdcəsinə gömrük rüsumları üzrə 905 770,7 min manat daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artım deməkdir. ƏDV üzrə daxilolmalar 2 712 874,7 min manat (ötən illə müqayisədə 41,8 faiz artım), aksizlər üzrə daxilolmalar 106.235,8 min manat (ötən illə müqayisədə 0,6 faiz azalma), yol vergisi üzrə daxilolmalar isə 42.. 089,3 min manat (ötən illə müqayisədə 49,8% artım) təşkil edib.
Rövşən Ziya
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir







































