Pul
Kriptobirja sındırıldı - 3 milyard dolların taleyindən xəbər var
“Binance” kriptobirjası tərəfindən dondurulan aktivlərin məbləği təxminən 3 milyard dollar təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə birjanın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Əlavə aktivləri izləmək və dondurmaq üçün komandalarımız hüquq-mühafizə orqanları, aktiv emitentləri, blokçeyn təhlili ilə məşğul olan şirkətlər və sənaye tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirirlər”, — deyə platformanın paylaşımında bildirilir.
“Binance”in təsisçisi Çanpen Çjao kriptobirjanın sındırıldığını təsdiqləyib.
Xatırladaq ki, oktyabrın 30-na keçən gecə beş blokçeyn vasitəsilə kriptocüzdanlardan ümumi məbləği 3,5 milyard dolları ötən vəsait çıxarılması qeydə alınıb. Daha sonra təşkilat vəsaitlərin yatırılması və çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava



































