Məşhur qadınların gözəllik ritualları
Bizi izləyin

Qadın

Məşhur qadınların gözəllik ritualları

Həmişə göz önündə olan qadınlar qış aylarında dərilərə necə qulluq etdiklərini açıqlayıblar

Həmişə göz önündə olan qadınlar qış aylarında dərilərə necə qulluq etdiklərini açıqlayıblar.

Çağla Şikel - Gözəlliyimə və dəri qulluğuna olduqca düşkün insanam. Dərim ağır makiyaja məruz qaldığı üçün təmizliyə xüsusi fikir verirəm. Adətən dermatoloji məhsullardan istifadə edirəm. Çoxlu su içirəm. Evdən çıxmazdan əvvəl nəmləndirici krem çəkirəm. Üzüm makiyajlı olsa belə, dərini təravətli göstərən losyonum var. Onu hər zaman istifadə edirəm.

Ahu Yağtu – Olduqca həssas dərim olduğu üçün qışda istifadə etdiyim qulluq vasitələrinə xüsusi fikir verirəm. Dermatoloqun məsləhət gördüyü məhsulları istifadə edirəm. Zeytun yağını sevirəm. Saçlarımı saf zeytun yağı ilə nəmləndirirəm. Çoxlu su içirəm.

Burcu Kara – Dəri təmizliyinə və makiyajın silinməsinə diqqət edirəm. Bunun üçün dəri təmizləmə məhsullarına dəyər verirəm. Makiyaj edəndə mineral bazlı məhsullardan istifadə edirəm. Qışda dərim qızardığı üçün həssas dərilərə aid maskalar tətbiq edirəm. Soyuq havada dərim nəmsiz qaldığını hiss etdiyim zaman mütləq nəmləndirici çəkirəm. Kremləri isə aptekdən alır və təbii tərkibli olmasına fikir verirəm.

Ceyda Düvenci – Qışda dərimin nəmlənməsi üçün hamamdan sonra bədənimə uşaq yağı çəkirəm. Həftədə bir dəfə mütəmadi olaraq dərimə E vitamini kapsulası tətbiq edirəm. Göz altı kremləri isə çəkməyi unutmuram. Saçlarım, əllərim və ayaqlarım üçün adətən bitki mənşəlli kremlər alıram.

Ece Erken – Yay və qış aylarında həftədə bir dəfə pilinq edirəm. Nəmləndirici krem çəkməyi unutmuram. Gündəlik həyatda makiyaj etmirəm. Qışda belə dərimi günəşin mənfi şüalarından qorumaq üçün mütləq SPF tərkibli krem çəkirəm.

Pınar Aylin – Hər səhər 1 stəkan nar suyu içirəm. Bu ritual qış aylarında da dəyişmir. Pilinqi təbii üsullarla özüm edirəm. Dərimin nəmlənməsi üçün hamamdan çıxdıqdan sonra badam yağı çəkirəm. Qış aylarında badam yağı daha faydalı olur. Çoxlu maye qəbul edirəm və yuxu rejiminə diqqət edirəm.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm