Qadın
Dünya şöhrətli ulduzlardan Azərbaycana BÖYÜK DƏSTƏK - FOTO
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ uğrunda işğalçı Ermənistana qarşı apardığı haqq mübarizəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkə rəhbərləri, rəsmi nümayəndəliklərlə yanaşı tanınmış simalardan da dəstək mesajları gəlməyə davam edir.
Publika.az xəbər verir ki, “NARGIS” jurnalının 51-ci buraxılışının qəhrəmanı olan məşhur modelyer Donatella Versaçe Azərbaycan haqqında fikirlərini bölüşüb. “Nargis” jurnalı eyni zamanda Türkiyə estradasının pop divası Ajda Pekkan və Yeşil Çamın əfsanəvi aktrisası Türkan Şorayın ölkəmizə dəstək sözlərini yayımlayıb.
“Azərbaycanı daha tez-tez ziyarət etmək istərdim. Həm ölkəniz, həm də xalqınız çox gözəldir! Zəngin mədəni irsiniz, şəhərin gözəlliyi isə çox böyük təsir bağışlayır”. Ajda Pekkan

“Azərbaycan xalqı o qədər istiqanlı və qonaqpərvərdir ki, ölkəniz mənim ikinci evim kimidir. Bu, rəsmiyyət xətrinə deyilmiş fraza deyil, həqiqətən belədir. Azərbaycana gələndə özümüzü vətənimizdə hiss edirik”. Türkan Şoray

“Azərbaycan başqalarına bənzəməyən çox məxsusi bir yerdir. Ölkə Avropa və Asiyanın qovşağında yerləşir, bu da mədəniyyətlərin və dinlərin unikal ahəngini yaradır. Arxitekturası, modası, insanları, hətta mətbəxi Şərq və Qərbin birləşməsidir”. Donatella Versace

Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







































