Qadın
Coli Ukrayna səfəri barədə: “Öz gözümlə gördüm”
Ancelina Coli Fransanın “Madam Figaro” jurnalının yeni nömrəsinin qəhrəmanı olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa jurnala müsahibə verib və onu maraqlandıran mövzular, o cümlədən, gender bərabərsizliyi ilə bağlı fikirlərini bölüşüb. Ancelinanın sözlərinə görə, bütün dünyada qadınlara qarşı ayrı-seçkilik problemi hələ də aktualdır.
“Hardasa qarşıdurma olanda ən birinci qadınlar əziyyət çəkir. Dünyanın bir çox yerlərində qadınlar lazım olan dəstəyi və ya azadlığı ala bilmirlər. Qadınlar kövrəkdirlər, lakin paradoksal olaraq onlar həm də qeyri-adi güc mənbəyidirlər. Bilirsiniz, pandemiyanın başlanğıcında tərbiyəçilərin 70 faizi qadınlar idi. Bu, reallıqdır və gözəldir: qadınlar bilikli və məlumatlı olduqda, onlar nə edirlər? Başqalarına kömək edirlər” , - kino ulduzu bildirib.
Eyni zamanda, aktrisa vurğulayıb ki, ümumi rifah üçün kişi və qadınları birləşdirən bağları gücləndirmək lazımdır.
“Daha yaxşı əməkdaşlıq etmək üçün birləşməliyik. Oğlanların bəzi ölkələrdə və mədəniyyətlərdə bərabərlik məsələlərinə marağını oyatmaq xüsusilə lazımdır. Hətta bu gün dünyanın bəzi yerlərində qadınların təhsil və azadlıqdan ciddi şəkildə məhrum olması absurddur. Təhsil problemi bütün cəmiyyət və ailələrdə, mənim evimdə də gündəmə gəlir. Məsələn, mənim üç oğlum və üç qızım var, hər gün hər birində yeni bir şey kəşf edirəm. İdeya ondan ibarətdir ki, cinsindən asılı olmayaraq hər kəs öz yerini tapmalı və başqasının azadlığına müdaxilə etmədən layiqincə uğur qazanmalıdır”.
Coli qeyd edib ki, uşaqlara nəsə öyrətməyə çalışır, xüsusilə ekologiya problemi barədə öz fikirlərini formalaşdırmaları üçün onlarla müzakirələr aparır:
“Şəxsən mən böyüdükcə öz qərarlarını vermələrinə üstünlük verərdim. Məqsədim onlara müxtəlif mühitə qərq olmaq imkanı vermək, onları müxtəlif mədəniyyətlərdən dostlar qazanmağa təşviq etməkdir. İnanıram ki, başqalarına qarşı anlayış, hörmət və açıqlıq onlar üçün təbii bir məsələyə çevrilib”.
Aktrisa bu yaxınlarda Ukraynaya səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. Aktrisanın sözlərinə görə, ukraynalılar onda dərin izlər burxaıb:
“Nəinki sağ qalan, həm də başqalarını qoruyan bu insanların mütləq dözümlülüyünü və ağlasığmaz gücünü öz gözümlə gördüm”.
Aytən Məftun
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


