Qadın
Dünyanın ilk qadın nazirinin həyatına dair inanılmaz faktlar - FOTO
Bütün ömrüm boyu qadınlar və onların taleyi ilə maraqlanmışam. Məni sosializmə gətirən onların taleyi oldu. Sovet ölkəsini gerçəkləşən bir arzu kimi yüksək qiymətləndirirəm. Xəyallarımdakı dövlətin mükəmməl olmasını və oradakı insanların qayğısız və xoşbəxt yaşamalarını istəyirəm.
Bu sözlər dünya tarixinə ilk qadın nazir kimi daxil olan Aleksandra Kollontaya aiddir. Hansı ki, xüsusilə qadın hüquqları və bərabərlik uğrunda həyatı boyu mübarizə aparıb.
Publika.az oxucuları Aleksandra Kollantayın həyatı haqqında maraqlı faktlarla tanış edib.
Aleksandra Kollontai 1872-ci ilin martında varlı bir ailədə anadan olub. Atası general Mixail Domontoviç ilə fin taxta taciri Aleksandr Massalin-Mravinskayanın qızı olan anası Şuroçkanı sevgi və firavanlıqla əhatə edərək körpənin parlaq gələcəyi üçün əllərindən gələni edirdilər. Ata qızın hərtərəfli təhsil alması üçün ən yaxşı müəllimləri və müdirləri işə götürdü. Aleksandra gənc yaşda artıq əsl poliqlot idi: o, fransız, ingilis, alman, fin və digər Avropa dillərini mükəmməl bilirdi. Şuroçka da atası kimi tarixlə maraqlanırdı və bu fənni məmnuniyyətlə öyrənirdi.
O dövrdə bir qızın özünü bu qədər inkişaf etdirməyə çalışmaq və yeni biliklərə can atmaq həvəsi anasını utandırdı. Massalin-Mravinskaya gözəl qızını mümkün qədər tez, həm də varlı və nəcib bir adamla evləndirmək arzusunda idi. Amma Aleksandranın planları başqa idi. O, bütün qəlbiylə universitetə daxil olmaq istəyirdi. Anası qəti şəkildə buna qarşı çıxır və Şurochkanı inandırırdı ki, qadınların ali təhsilə ehtiyacı yoxdur. Əsas odur ki, şəxsi həyatınız uğurlu alınsın və ev təsərrüfatını idarə edə biləsiniz. Qız ailəsi ilə mübahisəyə girməsə də, gündəliklərində qeyd etmişdi ki, anası ilə münasibətlərinin isti olmayıb, ancaq atası ilə çox gözəlk dil tapa bilir və hər hansı mövzu ətrafında saatlarla söhbət edə bilirdilər.

Anasını sevindirən o idi ki, qızı ilə görüşmək istəyən namizədlər çox idi. 16 yaşında qızın o qədər çox pərəstişkarı var idi ki, ballarda Aleksandra ilə rəqs etmək üçün hamısı sıraya dülürdü. Qız isə çox seçici idi, odur ki, evlənməyə can atmır və potensial cənabları rədd edirdi. Generalın oğlu İvan Draqomirov isə bu imtinanı qəbul edə bilmədiyi üçün canına qıymışdı. Onun ölümü qızı sarsıtdı. Atası Aleksandranın dərdini yüngülləşdirmək üçün onu Yaltada dincəlməyə göndərdi. Dünyəvi qəbulların birində özündən 35 yaş böyük olan general İvan Tutolmin Şuroçka Domontoviçin diqqətini çəkdi. Zabit bütün axşam yalnız əzəmətli mavi gözlü bir qızla rəqs etdi və o qədər heyran oldu ki, tanış olduqları gün ona evlənmək təklifi etdi. Generalın qızı hadisələrin belə cərəyan edəcəyini gözləmirdi və təklifi rədd etdi. Valideynləri Aleksandranın bu qərarından qəzəbləndiklərini gizlətmədi. Çünki İvan Tutolmin hər kəsin həsəd apardığı bir kürəkən idi. Yeri gəlmişkən, İvan Tutolmin ömrünün sonuna qədər evlənməyib.

Şuroçka valideynlərə qəti şəkildə bildirdi ki, yalnız sevgi hissi onu nikah bağlamağa məcbur edə bilər. Və bu, 1893-cü ildə baş verdi. Aleksandra Domontoviçin uzaq qohumu, hərbi mühəndislik akademiyasının məzunu Vladimir Kollontaya aşiq olmuşdu. Valideynlər bu evliliyi pozmağa çalışdılar, çünki gələcək kürəkən həm çox kasıb, həm də heç bir perspektivi yox idi. Aleksandra qərarlı idi və dolanışıqlarını yaxşılaşdırmaq üçün müəllim kimi işə düzəlməyə belə razı idi. Anası gələcək inqilabçıya belə cavab vermişdi: “Yatağını səliqəyə sala bilmirsən, nə iş! Evdə sənə şahzadə kimi baxırlar və sən heç vaxt heç kimə kömək etməmisən”. Ancaq Aleksandra öz istədiyini etdi. 1894-cü ildə Kollontay cütlüyünün bir oğlu oldu, gənc valideynlər ona babasının şərəfinə Mixail adını verdilər.
Sakit ailə həyatı Aleksandranı tez darıxdırdı. “Mən gözəl ərimi sevirdim və hər kəsə çox xoşbəxt olduğumu söyləyirdim. Amma həmişə mənə elə gəlirdi ki, bu “xoşbəxtlik” əlimi-qolumu bağlayıb. Mən azad olmaq istəyirdim. Kiçik ev işləri bütün günümü alırdı, artıq əvvəlki kimi hekayələr və romanlar yazmağa vaxtım olmurdu. Ev təsərrüfatı məni qətiyyən maraqlandırmırdı, dayə Anna Petrovna oğluma çox yaxşı baxa bilirdi. Amma Annuşka tələb etdi ki, evin qayğısına qalım. Balaca oğlum yuxuya gedən kimi onun tərlə islanmış alnından öpdüm, onu yorğana möhkəm sardım və Leninin kitabını yenidən götürmək üçün qonşu otağa keçdim”, - Kollontay gündəliklərində yazıb.

Vladimir həyat yoldaşına pərəstiş edirdi, lakin bu Aleksandra üçün yetərli deyildi. İllər sonra o, etiraf etdi ki, qanuni həyat yoldaşı heç vaxt içindəki qadını oyatmağa müvəffəq olmayıb. Həyatını rəngləndirmək üçün Kollontay başqa kişilərlə görüşürdü. Sonra o, Vladimir və onun həmkarı Aleksander Satkeviç ilə bir dam altında yaşamağa başladı. Ancaq bu sərbəst münasibət belə gənc anaya heç bir məmnunluq gətirmədi.
Onun üçün çıxış yolu ictimai kitabxanada liberal düşüncəli gənclərin cari siyasi məsələləri müzakirə etdiyi görüşlər idi. Kollontay kişilər və qadınlar arasında bərabərlik və münasibətlər mövzusu ilə xüsusilə maraqlanırdı. Məhz o zaman Aleksandra anladı ki, evlilik institutunun ciddi dəyişikliklərə ehtiyacı var.
Ailədən qaçış
1898-ci ildə Aleksandra Kollontay nəhayət bu qənaətə gəldi ki, sakit ailə həyatının ona uyğun deyil və bütün potensialı boşa gedir. Çətin olsa da, o, əri ilə azyaşlı oğlunu tərk edərək İsveçrəyə köçdü. Yolun yarısında Aleksandra qarşıdan gələn qatara yetişib Sankt-Peterburqa qayıtmağa çalışsa da, “Mən köhnə həyatıma qayıtmayacağam. Qoy ürəyim kədərdən dağılsın, Kollontayın sevgisini itirəcəyəm, amma mənim məqsədlərim başqadır”, - o, həyatı boyu səylə gizli saxladığı gündəliklərində yazıb.
Sürixdə məskunlaşan rus qadın yerli universitetin İqtisadiyyat fakültəsinə daxil oldu və marksist professor Henrix Herknerin mühazirələrində iştirak etdi. Təhsil aldığı müddətdə o, filosof, marksist nəzəriyyəçi Qeorgi Plexanov, ingilis iqtisadçıları və qatı sosial demokratlar Sidney və Beatris Vebb və təbii ki, məşhur feminist və sosialist Roza Lüksemburqla yaxından tanış olmaq imkanı qazandı. Yeni həyat Alexandranı özünə çəkmişdi. Vladimir dəfələrlə ondan qayıtmağı xahiş etsə də, yolundan dönmədi. Aleksandranın valideynlərinin proqnozlarının əksinə olaraq, əri hərbi xeyli yüksəkliklər qazandı və bir neçə ildən sonra yenidən evləndi.
Kollontay vaxtaşırı Peterburqa səfər edirdi. Orada Vladimir Lenin və iqtisadçı Pyotr Maslovla tanış oldu. Sevgilisi Pyotr Maslov Aleksandranı Menşevik Partiyasına qoşulmağa razı saldı. Onu ilk növbədə marksizm biliyi ilə fəth edən Peterin xatirinə Aleksandra hər şeyə hazır idi. Ancaq qarşı tərəfin hissləri onunki qədər güclü deyildi. Ona görə ki, o, evli idi və şübhələnməyə başlayan qanuni həyat yoldaşının qəzəbindən qorxurdu. Gizlin görüşlərdə öz ehtirasını təmin etdikdən sonra Maslov güllə kimi evə uçurdu. Tezliklə ikili həyat Peteri yormağa başladı və Aleksandra ilə münasibətləri pozuldu.
1911-ci ildə inqilabi hərəkatın tərəfdarı Vladimir Leninin proletar və ən yaxın tərəfdarı Aleksandr Şlyapnikovla görüşməyə başladı. Aleksandranın yeni məşuqu ondan 13 yaş kiçik olsa da, bu, cütlüyü narahat etmirdi. İlk vaxtlarda münasibətlərində harmoniya və anlaşma hökm sürürdü, hətta oğlana üçün məqalələr yazırdı. Lakin çox keçmədən bu münasibət də bitdi.
“Fiziki yaxınlıq fikri məni birbaşa qorxudur. Qocalıqdır, nədir belə? Qadının bu vəzifəsi mənim üçün sadəcə ağırdır. Yatağıma, tənhalığıma, rahatlığına çox sevinirəm. Kaş bu qucaqlaşmalar ürək ağrılarının qammasını tamamlasaydı... Amma bizdə hər şey sırf evlilik, soyuq, işgüzardır... Çətindir”, - Alekandra Kollontay həyatının növbəti mərhələsini təsvir edərkən qeyd edib.
İnqilabçı onsuz da iddialı gənc oğlandan necə qurtulacağını bilmirdi. Əla natiqlik bacarığı olan Aleksandra Mixaylovnadan ABŞ-a getməyi və orada bir neçə mühazirə oxumağı xahiş edən Vladimir Lenin köməyə gəldi. Şlyapnikov onunla getmək istəsə də, Kollontay biletlərin tarixini dəyişdirməklə ona əngəl oldu.
Yeni ümid
Aleksandra Kollontay 1917-ci ildə fevral inqilabından sonra Rusiyaya qayıtdı. Elə həmin il onun keçmiş əri Vladimir vəfat etdi. O vaxtdan bəri o, bütün vaxtını yürüşlərdə və mitinqlərdə keçirirdi. Aleksandra Mixaylovnanın emosional çıxışlarından sonra tamaşaçılar onu əllərində gəzdirirdi. Kollontayın şövqü və kütləni qızışdırmaq bacarığı da Lenini heyran edirdi. 1917-ci ilin oktyabrında Vladimir İliç öz tərəfdarını Xalq Xeyriyyə Komissarı təyin etdi. O, belə yüksək vəzifə tutaraq qadınların hüquqları uğrunda daha da canfəşanlıqla mübarizə aparmağa başladı, analıq və körpəliyin müdafiəsi şöbəsi yaratdı.
Aleksandra Kollontayın artıq 45 yaşı olmasına baxmayaraq, müasirlərinin dediyinə görə, yaşından xeyli cavan görünürdü. Xalq Komissarı inanılmaz dərəcədə cazibədar idi və hələ də kişilər arasında vəhşi populyarlıq qazanırdı. “Xalq Xeyriyyə Komissarının uzun bədəni tünd məxmərdən hazırlanmış, köhnə üslubda işlənmiş və ahəngdar şəkildə bükülmüş zərif dar paltarda çevik və sərbəst hərəkət edir. Düzgün üz, incə cizgilər, havalı və yumşaq saçlar, mavi dərin və sakit gözlər. Çox gözəl qadındır”, - Fransa hərbi missiyasının nümayəndəsi Jak Sadula heyranlıqla ifadə etmişdi.
17-ci il Kollontay üçün hər cəhətdən taleyüklü idi: gənc yaraşıqlı dənizçi Pavel Dıbenko ilə tanış olmuşdu. Görüş qeyri-adi şəraitdə baş verdi: Vladimir İliç Baltik donanmasının narazı dənizçilərini ram etməyə kövrək Aleksandra Mixaylovnanı göndərmək qərarına gəldi. Kişilər onun nitqlərinə nəinki nəfəs dərmədən qulaq asırdılar, həm də açıq şəkildə onunla flirt edirdilər. Ancaq yalnız əzəmətli qaraşın Dıbenko hisslərinin qarşılığını ala bildi. Pavelin 28, Aleksandranın 45 yaşı olsa da, aralarındakı fərq nəzərə çarpaq deyildi. Ancaq onların arasında böyük bir uçurum var idi: Kollontay nəcib qanlı təhsilli və ağıllı bir qadın, Dıbenko isə adi bir kəndli ailəsindən çıxmış emosional xarakterli liman işçisi idi. “Aydın gözləri olan gənc bir qəhrəman”, - Aleksandra Mixaylovna yeni sevgilisini belə təsvir etmişdi.

Pavel ilə görüşdükdən sonra Aleksandra elə görünürdü ki, sanki ilk dəfə aşiq olub. 1918-ci ilin martında Dıbenko həbs edildi. Kollontay sevgilisinin sərbəst buraxılması üçün əlindən gələni etdi. “Bütün ruhum, ürəyim, fikirlərim, hər şey səninlədir və sənin üçündür, əzizim, ədəbi sevgilim. Bil ki, yalnız səninlə yaşaya bilərəm və yaşayacağam - sənsiz həyat ölü və dözülməzdir”, - Xalq komissarı Pavelə göndərdiyi məktubda yazmışdı. Kollontay Dıbenkonu ölüm cəzasından xilas edə bildi. “Zaqs” idarəsi kömək etdi: onlar bütün qəzetlərin bu barədə yazdığı ilk sovet nikahını bağladılar. Qanuni bir həyat yoldaşı olaraq, Aleksandra ərinin bəraət qazanmasına kömək etdi.

Dıbenko ilə qısqanclıq üstündə düşən mübahisələr Kollontayı ciddi əsəbiləşdirdi. Həyat yoldaşları daim yolda olduqları üçün bir-birləri ilə çox vaxt keçirmirdilər. Həyat yoldaşının olmadığı müddətdə əylənməyi ürəkdən sevən gənc oğlan vaxtını boş yerə itirmir və Nina ilə münasibətini Aleksandradan hər vəchlə gizlədirdi. Amma həqiqət yenə də üzə çıxdı. Ərinin pencəyinin cibindən sevgilisinin məktubunu tapan qadın xəyanətlə üzləşdiyini anladı. Dıbenko Kollontayı ürəyindən yaralamışdı. Bu qalmaqaldan sonra Pavel diz çökərək bağışlanması üçün yalvardı, lakin Aleksandra özünü onun qarşısında alçaltmadı və Moskvaya tək getdiyini bəyan edərək münasibətlərinə son qoydu. Aleksandra Mixaylovna bu ağrısını gündəliyində belə ifadə etmişdi: “Sən arvad deyilsən, adamsan!”
Dıbenko hadisələrin belə bir dönüşünə hazır deyildi, o, intihara cəhd etsə də, sağ qaldı. Amma mərhəmət hissi ilə belə Kollontayı fikrindən vaz keçirə bilmədi. Pavellə münasibətləri həmişəlik kəsmək üçün diplomatik iş üçün Norveçə göndərilməsini xahiş etdi.
Xəyanət ağrısı və diplomat həyatı
Dıbenko həyat yoldaşını geri qaytarmaq üçün növbəti cəhd etdi. Onun ardınca Norveçə getdi, lakin etirafları Kollontayın qəlini titrətmədi. Pavel Efimoviç nəhayət ki, itirilmiş etimadı heç vaxt bərpa etməyəcəyini başa düşdü və təcrid olunmuş şəkildə SSRİ-yə qayıtdı.
Qərbdə Kollontayın karyerası yüksəldi və o, uzun müddət tanımadığı bir ölkədə qaldı. Səfirlikdə onunla birlikdə işləyən ağıllı və nəzakətli fransız Marsel Bodi xanım diplomatın ora alışmasına kömək etdi. Aleksandra Mixaylovna bu dəfə də 23 yaş kiçik bir kişiyə aşiq oldu. Kollontay Bodini özünə bərabər hesab edir və qalan günlərini onunla keçirməyi xəyal edirdi. Ancaq bu arzular gerçəkləşmədi: Marsel evli idi və ailəsini tərk etmək niyyətində deyildi. Bundan əlavə, romandan xəbər tutan sovet hakimiyyətinin nümayəndələri qəzəbləndilər. Aleksandra Mixaylovna töhmət aldı.

Vətən həsrəti isə Kollontayı özünə çəkmirdi. Valideynləri çoxdan vəfat etmişdi. Dıbenko 1938-ci ildə güllələnmişdi. Yeganə oğlu Mixail isə Berlinə köçüb öz həyatını yaşayırdı.
Bir müddət Skandinaviya ölkələrində Aleksandra SSRİ-nin maraqlarını təmsil etdi. Sonrakı illərdə Aleksandra Mixaylovna insult keçirdi və qismən iflic olduğu üçün yenidən Moskvaya qayıtmaq məcburiyyətində qaldı. Kollontaya mərkəzdə böyük bir mənzil ayırdılar və ona Xarici İşlər Nazirliyində məsləhətçi vəzifəsini təyin etdilər.
1952-ci ilin martında Aleksandra Kollontay 80 illik yubileyinə bir neçə gün qalmış vəfat etdi.
Aytən
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"














.jpg)























