Qadın
COVID-19 qadınlarda cinsi istəksizlik yaradır - ARAŞDIRMA
ABŞ-ın Boston Universitetində aparılan araşdırmalar göstərib ki, COVID-19 infeksiyasına yoluxan qadınlar heç vaxt yoluxmayan qadınlara nisbətən daha az istək, həzz və orqazm yaşayırlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elm adamları heç vaxt koronavirus keçirməyən, virusa yoluxmayan, yaxud uzun müddət COVID-19-dan əziyyət çəkən və tədqiqatdan ən azı üç ay əvvəl yoluxmuş 1300-dən çox qadının cinsi funksiyasını müqayisə ediblər.
Onlar həmçinin iştirakçıların depressiya, narahatlıq və stress səviyyələrini ölçüblər. İştirakçılar dörd yaş qrupuna bölünüb: 18-20, 21-30, 31-40 və 41 yaşdan yuxarı.
Hər üç qrupdakı iştirakçıların əksəriyyəti ağdərili olub. Buraya lezbiyan, biseksual, aseksual və heteroseksual qadınların hamısı daxil edilib. Komanda heç vaxt xəstəliyi keçirməyən qadınların, keçirənlər, həmçinin xəstəliyin uzunmüddətli simptonlarını yaşayanlarla müqayisədə cinsi istək və məmnunluq səviyyələrinin əhəmiyyətli dərəcədə yüksək olduğunu öyrənib.
Tədqiqatçılar uzunmüddətli COVID-19-un cinsiyyət orqanlarında qan axınını dəyişdirə biləcəyini və nəticədə daha az cinsi istəyin oyanması ilə nəticələnə biləcəyini irəli sürüblər. Əvvəlki tədqiqatlar göstərib ki, bu vəziyyət qan dövranını pozaraq, damarların zərif toxumasına zərər verə bilər. Elm adamları onu da əlavə edib ki, bu, uzunmüddətli COVID-19-un qadınlarda cinsi həvəsə təsirini öyrənən ilk tədqiqatdır.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq





































