Qarabağ
Çavuşoğlu: bundan sonrakı prosesə birlikdə nəzarət edəcəyik
Dağlıq Qarabağla bağlı razılaşmaya necə nəzarət ediləcəyi mövzusunda görüşlər davam edir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Qırğızıstanlı həmkarı Ruslan Kazakbayev ilə ankarada birgə mətbuatında çıxış edən Çavuşoğlu bundan sonrakı prosesdə də qardaş Azərbaycanın yanında olacaqlarını bildirib: “Azərbaycan hər dəfə atəşkəs tərəfdarı oldu və problemin siyasi formada həllini istədi. Amma hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Yəni döyüş və münaqişənin davamını istəyən Ermənistan idi. Ermənistan da bunun əvəzini ağır ödədi. Güclü Azərbaycan Ordusu işğal edilmiş torpaqlarını işğalçı Ermənistanın əlindən bir-bir aldı. Nəticədə, Paşinyan və Ermənistan təslim olmaq məcburiyyətində qaldı. Bu, Azərbaycan üçün böyük uğurdur, zəfərdir. 30 ildir işğal olunan torpaqlar geri alınır. 7 rayon, 7 bölgə işğal altında idi. Üstəgəl, Qarabağ”.
Nazir bu prosesdə Türkiyə xalqının da Azərbaycana ən güclü şəkildə dəstək olduğunu dilə gətirib: “Bundan sonrakı prosesi birlikdə aparacağıq. Xeyirli olsun və bu, bir dərs olsun. İnşallah, meydanda və masadakı işlərdə inkişafı birlikdə izləyəcəyik, bilgiləri sizə verəcəyik”.
Zümrüd
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi