Qarabağ
Kanadanın cavab verməli olduğu sual: “Sən axı kimsən ki...”
Daha çox baş naziri Castin Trüdonun alabəzək corabları ilə gündəm olan Kanada okeanın o tayından çox uzaq olduğu məsələlərə müdaxilə etməyə cəhd göstərir.
Fransanın “kiçik bacısı” üçün canfəşanlığını anlamaq olar bəlkə, hər ikisi işğala meyllidir, hər ikisini birləşdirən “tarixi ənənələr” və Makronun şəxsi maraqları var. Yaxud Fransa artıq arxiv olmuş Minsk qrupunun həmsədr ölkəsi kimi özünü göstərməyə çalışır.
Bəs, Kanada hansı sifətlə Azərbaycanın Vətən müharibəsi haqqında nəsə deməyə cəhd göstərir?!
Bu ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
Birincisi, hərbi əməliyyatlar noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra dayandırılıb.
Azərbaycan 30 ildən sonra ərazilərini işğaldan azad etməklə Kanadanın da subyekti olduğu beynəlxalq hüququ yerinə yetirdi. Münaqişə həll olunub, Kanada hansı atəşkəsdən danışır, maraqlıdır...
Görünür, müdafiə etməyə çalışdığı Ermənistanın təslimçi sülhə imza atması xəbəri Ottavaya çox gec çatıb. Ona görə yox ki, uzaq Amerikada yerləşir, sadəcə olaraq, ya reallığı görmək istəmir, ya da anlamır.
Daha doğrusu anlamaq istəmir və 30 il ərzində işğal siyasətini aparmış bir ölkəni – Ermənistanı müdafiə etmək üçün özünü “fransız” kimi aparır.
İkincisi, 30 il ərzində Kanada harada idi?
Ermənistan bu illər ərzində Azərbaycan torpaqlarını işğalda saxlayırdı, 1 milyona yaxın azərbaycanlı öz evindən didərgin düşmüşdü, işğalçı ölkə Azərbaycan şəhərlərini talan edirdi, beynəlxalq hüququ heçə sayırdı, Kanadadan niyə səsini çıxmırdı.
Bu ölkə indiyə qədər işğala son qoyulması üçün bir addım belə atmayıb, əksinə işğalçıya dəstək verib;
BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı 4 qətnaməsinin icra edilməsi üçün nəinki əməli addım atmayıb, heç bir kəlmə söz belə deməyib;
Nəinki beynəlxalq hüququn bərpası üçün, heç olmasa Ermənistan işğalının regionun təhlükəsizliyinə yaratdığı risklərə belə səssiz qalıb;
İndi Azərbaycan işğala son qoyduğu vaxt yadına belə bir münaqişənin olduğu düşürsə, ən yaxşı halda “sən kimsən ki” deyə soruşa bilərik.
Üçüncüsü, 30 ildən sonra niyə indi səsləri çıxır?
1. Görünür, münaqişənin həllində region ölkələrinin – Türkiyə və Rusiya – rol oynaması Fransa kimi, Kanadanı da narahat edir;
2. Beynəlxalq platformalarda erməni lobbisi/diasporunun ümumi xəttini izləyir;
3. Uzaq Amerikadan uzaq Qafqaza söz göndərməklə özünü beynəlxalq oyunçu kimi göstərmək istəyir;
Və nəhayət, dördüncüsü: “Sən axı kimsən ki”...
Buna Kanadanın Xarici İşlər Nazirliyi cavab verməlidir. Düşünməli, 30 ildə laqeyd qaldığı münaqişənin tarixini öyrənməli, beynəlalq hüququn nə olduğuna diqqət yetirməli, ən sonda da münaqişədə heç bir rol oynamadığını nəzərə almalı və bundan sonra özünün xeyrinə olacaq səssizliyini qorumalıdır.
Asif Nərimanlı
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO

















.jpg)


















.jpg)

