Sülhməramlıların daha bir qrupu Xankəndinə daxil oldu - VİDEO
Bizi izləyin

Qarabağ

Sülhməramlıların daha bir qrupu Xankəndinə daxil oldu - VİDEO

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonunun daha bir qrupu Xankəndinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Qeyd edək ki, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlamışdı.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qarabağda xidmət edəcək sülhməramlıların yerləşdirilməsinin bu gün tamamlanacağını söyləmişdi.

Sülhməramlı qüvvələr 1960 əsgərdən ibarət olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm