Qarabağ
Rus sülhməramlıları öz missiyasını yüksək səviyyədə yerinə yetirir - RƏY
“Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, Rusiyaya məxsus 1960 sülhməramlının Dağlıq Qarabağa yerləşdirilməsinin əsas məqsədi torpaqlarımızı qeyri-qanuni zəbt etmiş erməni qoşunlarının Kəlbəcər, Ağdam və Laçından çıxarılması olacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq qeyd edib ki, sülhməramlıların missiyası Laçın dəhlizində, eyni zamanda Naxçıvanla Azərbaycan arasındakı ərazilərdə postların qurulması və bölgədə təhlükəsizliyi təmin etməkdən ibarətdir:
“Ermənistan silahlı qüvvələri və mülki əhali Ağdam, Kəlbəcər, Laçından çıxarıldıqdan sonra Rusiya sülhməramlıları həmin ərazilərə daxil olacaq. Razılaşmaya əsasən, noyabrın 15-də Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilməli idi. Rusiya Kəlbəcər yolunun dar olmasını əsas gətirərək erməni hərbçilərin və mülki əhalinin çıxarılması müddətini ayın 25-nə keçirilməsini xahiş etdi.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiya sülhməramlı kontingenti olduqca məhdud saydadır. 5 ilin tamamına 6 ay qalmış tərəflərin hər hansı biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcək. Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycanla razılaşdırılaraq müəyyənləşdiriləcək.
Sülhməramlıların gəlişi ilə Ermənistan hərbi birləşmələrinin çıxarılması paralel şəkildə həyata keçirilir. Bu proses çərçivəsində də Naxçıvan blokadadan azad olunacaq. 1990-cı illərdən bəri Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru yol yox idi, İran vasitəsilə keçirdik. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən qısa yolla Naxçıvana əlaqə yaradılır. Bu yolun təhlükəsizliyini də Rusiyanın sərhəd xidməti həyata keçirəcək.
Bu proses çərçivəsində də Naxçıvan blokadadan azad olunacaq. 90-cı illərdən bəri Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru yol yox idi, İran vasitəsilə keçirdik. İlk dəfə olaraq Ermənistandan qısa yolla Naxçıvana gediş-gəliş bərpa olunur. Bu yolun təhlükəsizliyini də Rusiya Federal Təhlükəsizlik xidmətinin sərhəd qoşunları həyata keçirəcək.
Azərbaycanla Laçın dəhlizini birləşdirən yol Azərbaycanın hərbi hissələri tərəfindən nəzarətə götürülür. Sonradan 3 il ərzində yeni yol salınacaq və 3 il ərzində Xankəndi ilə Ermənistan arasında olan bu dəhlizdən ermənilər istifadə edəcək. Eni 5 km olan köhnə yol isə Azərbaycanın istifadəsində qalacaq.
Sülhməramlıların gəlişinin digər bir səbəbi də tərəflərin razılaşmaya əməl etməsinin səmərəliliyini artırmaqdır. Dünən ermənilərin səbəb olduğu münaqişədən də gördük ki, rus sülhməramlıları öz missiyasını yüksək səviyyədə yerinə yetirir”.
Yusif Bağırzadə bildirib ki, əlavə olaraq Türkiyə də bu münaqişənin tənzimlənməsi fəal şəkildə iştirak edir:
“Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır və bölgədə təhlükəsizliyin təminatçılarından biridir. Odur ki, monitorinq mərkəzinə həm Rusiya, həm də Türkiyə sülhməramlıları nəzarət edəcək. Türkiyə sülhməramlıları o ərazini dronlarla izləyəcək və daim müşahidə altında saxlayacaq.
Laçın tam azad edildikdən sonra Azərbaycan dövlət sərhədinin ümumi uzunluğu 3366 km-ə bərabər olacaq. Su və quru sərhədləri Azərbaycan sərhəd qoşunlarının nəzarətinə keçəcək. Naxçıvan nəqliyyat dəhlizi isə Türkiyə ilə strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu yol vasitəsilə Türkiyə ilə birbaşa əlaqəmiz yaranır. Odur ki, bu, tarixi sənəddir”.
Aytən Məftun
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO