Qarabağ
İkinci Qarabağ müharibəsinin qazisi: "Bir qolumu itirsəm də..." - FOTO
Vətən müharibəsinin qəhrəmanları haqqında oxuduqca düşünürəm ki, bu günə qədər izlədiyimiz filmlər, mütaliə elədiyimiz əsərlər real hadisələrdən götürülüb. Müharibənin iştirakçılarından olan 29 yaşlı qazimiz Dünyamin Behbudov vətən həsrəti ilə yaşıddır. Deyir ki, doğma yurdu Laçını görməsə də, ürəyi həmişə Laçınla döyünüb.
Təəssüratlarını Teleqraf.com-la bölüşən Dünyamin Behbudov iki övlad atasıdır. 27 sentyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb.
Deyir ki, hər bir igid hərbçimiz şəhid olmaqdan çəkinməyib, torpaqları azad etmək arzusu ilə düşmən üzərinə şığıyıb: “26 sentyabrda gecə Naftalana getdik. 27 sentyabr səhər 07:30 ağır altilleriya ilə döyüşlər başladı. 08:30-da düşmənlə üzbəüz döyüşə daxil olduq. Düşmənin 4-5 postu dağıdıldıqdan sonra Suqovuşana gedirdik, yolda yaralandım”.
Dünyamin Behbudov ağır yaralansa da, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında payı olduğuna görə bu gün qürurlu və mətindir. Yaralandıqdan sonra Bərdəyə, oradan da hərbi vertolyotla Mərkəzi Hərbi Klinik Hospitala gətirilib:
“İlk yaralanan gün qolum sarğıda, gözümün altı şişmişdi. Uzanmışdım. Daha sonra hospitala gətirildim, xəstəxanada müalicə alırdım, eşitdim Zəngilan işğaldan azad olunub. Sol və sağ ayağımdan, başım, sol qolumdan yaralanmışam. Hazırda qolumda İlizarov aparatı var. Həkimlərin sözlərinə görə, aparat hələ 3 ay qolumda qalmalıdır, müalicəm davam etdirilməlidir.
Bir ay Mərkəzi Hərbi Klinik Hospitalda müalicə aldım. Xəstəxananın heyəti bizə çox yaxşı qulluq edirdi. Xidmət rəisləri tez-tez baş çəkirdilər. Tibb işçiləri bizə doğmaları kimi qayğı göstərirlər. Hazırda özümü yaxşı hiss edirəmsə, onlara borcluyam. Qolumun biri olmasa da, şükür ki, əziyyətimiz yerdə qalmadı. Zəfər günündə yaşayıram, qələbəmizin şahidlərindən biriyəm. Azərbaycan bütövlükdə bizimdir”.
Dünyamin döyüşlərdə bir gün iştirak etməsinə baxmayaraq, düşmənin xeyli canlı qüvvəsini məhv edib. O, vətənpərvərlik dərsini atasından alıb. Atası o, yaralandıqdan dərhal sonra hərbi komissarlığa müraciət edib: “Mən əslən laçınlıyam. Atamın 52 yaşı var. Məni döyüşə böyük ruh yüksəkliyi ilə yola saldılar. Atam və qardaşım məni yaralı halda vertolyotla hospitala yola saldıqdan sonra döyüşmək üçün hərbi komissarlığa müraciət etdilər”.
Qazimiz döyüş meydanından ağır yara alıb çıxsa da deyir ki, nəhayət, şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək ona nəsib oldu. Əslən Laçından olan Dünyamin sağaldıqdan sonra doğma yurduna getmək istəyir: “Düşməndən sonuncu azad olunan Laçındır, mən isə ilk olaraq oraya getmək istəyirəm. Eyni zamanda Qarabağın hər qarışını görmək, gəzmək ən müəqddəs arzumdur!”
Təkcə ailən yox, bütün Azərbaycan səninlə fəxr edir. İnanırıq ki, Dünyamin kimi digər qazilərimiz tezliklə sağlamlıqlarına qovuşacaqlar.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi