Qarabağ
Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını unutmasınlar - Politoloq
“Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan isə bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq”.
Bu sözləri Publika.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını və əsl missiyalarının erməni qruplaşmalarının Qarabağdan çıxarılması olmasını unutmasınlar: “Üçtərəfli bəyanatda da qeyd edilir ki, sülhməramlıların bölgəyə yerləşdirilməsilə eyni anda erməni hərbi birləşmələri torpaqları tərk edirlər. Deməli bu öhdəliyi sona qədər icra etmək lazımdır. Rusiyanın Suriya, Liviya və Ukraynada olduğu kimi Cənubi Qafqazla bağlı da münaqişəyə baxış bucağı fərqlənmir. Rusiyada həmişə olduğu kimi bu gün də müxtəlif qruplar arasında Ermənistanla Azərbaycan arasında münaqişədə fərqli baxış bucaqları mövcuddur. Lakin 44 günlük müharibə onu göstərdi ki, Rusiyanın hərbi-siyasi elitası Azərbaycanın maraqlarını mütləq şəkildə nəzərə almalıdır”.
Politoloqun sözlərinə görə, yaxşı olardı ki, Rusiya dövlət maraqlarının Cənubi Qafqazda təmin edilməsi baxımından sülhməramlıların daha ədalətli şəkildə sülhə nail olma və sülhün davam etdirilməsi missiyasının iştirakında adekvat addımlar atsın: “İstər sülhməramlılar, istərsə də digər rus hərbçiləri unutmasınlar ki, o torpaqlar BMT tərəfindən tanınan Azərbaycan torpaqlarıdır. Nikol Paşinyanın özü də üçtərəfli bəyanatda boynuna almışdı ki, erməni hərbi birləşmələri sülhməramlıların girdiyi eyni vaxtda ərazilərdən çıxmalıdır. Belə bir halda Azərbaycan tərəfinin tələbi ondan ibarətdir ki, sülhməramlılar öz missiyasını bütünlüklə yerinə yetirsinlər və hər hansı siyasi təsirlərə məruz qalmasınlar”.
Akqabay Mıradov
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO