Qarabağ
Kərki kəndi nə vaxt Azərbaycana təhvil veriləcək? - FOTO
1990-cı ildə Naxçıvanın Ermənistan tərəfindən işğal edilən Kərki kəndinin qaytarılması gündəmdədir.
Publika.az xəbər verir ki, Ermənistanda Tiqranaşen adlandırılan kəndlə bağlı müzakirələr qızışıb.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan iddia edir ki, Azərbaycan Kərkini boşaltmağı tələb edir.
“Onlar tələb edirlər ki, qarşıdakı bir neçə gün ərzində kənd təhvil verilməlidir. Tiqranaşenin təhvil verilməsindən sonra biz Sünikdə (Zəngəzurda) hərəkət edə bilməyəcəyik”, - Baqratyan bildirib.
Ararat (Vedi) rayonunun qubernatoru Razmik Tevonyan isə Baqratyanı təkzib edib.
“Məşhur müxalifət dairələri o haqda informasiya yayır ki, Tiqranaşen yaxın günlərdə Azərbaycana təhvil veriləcək. Bu, doğru deyil. Məlumdur ki, hakimiyyətə qayıtmaq istəyən bu qüvvələr gərginlik yaratmaq üçün bunları edir”, - Tevonyan bildirib.
Lakin Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan ərazisidir və qaytarılmalıdır.
“Google Maps” artıq Kərkini Azərbaycan Respublikasının ərazisi kimi təqdim edir.
Asif
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi