Qarabağ
Tural Gəncəliyev: “Şuşanın mədəniyyət paytaxtı olması məni çox məmnun etdi”
“Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması cənab Prezidentin də çıxışında qeyd edildiyi kimi, bir şuşalı, Qarabağ icmasının üzvü kimi məni çox məmnun etdi. 30 illik həsrətdən sonra nəinki Şuşamızı Ali Baş Komandanımızın rəhbərliyi altında, şəhidlərimizin qanı ilə geri aldıq, eyni zamanda, Şuşanın tarixən Azərbaycanın, Qarabağın tacı sayılması cənab Prezidentin çıxışında bir daha öz əksini tapdı”.
Bunu Publika.az-a açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev deyib. İcma sədri bildirib ki, Şuşaya yeni nəfəs qayıtdıqdan sonra təmsil etdiyi qurumun da bu şəhərlə bağlı bir sıra layihələri həyata keçiriləcək:
“Biz də şuşalı, qarabağlı olaraq Şuşa bərpa olunduqdan, ora yeni nəfəs verildikdən sonra Şuşanın nəinki Azərbaycanın mədəni paytaxtı, dünyanın ən tanınmış mədəni şəhərlərindən və məkanlarından biri olacağına əminik. Bununla bağlı çoxlu layihələrimiz var. Musiqi festivalları, cənab Prezidentin də qeyd etdiyi kimi, poeziya gecələri keçiriləcək. Qarabağ onsuz da Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub, əminəm ki, bundan sonra daha da yaxşı olacaq. Mənim özüm tar, musiqi təhsilimi Şuşada almışam. Musiqiyə həvəsim, istəyim məhz Şuşa şəhərində başlayıb”.
Tural Gəncəliyev “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri ilə bağlı Şuşada keçirilməsi nəzərdə tutulan tədbirlərdən də bəhs edib:
“Bu il təbii ki, biz cənab Prezidentin də qeyd etdiyi kimi, “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərdə qarabağlı, şuşalı olaraq iştirak edəcəyik. Bu tədbirlərin keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq. Ümumiyyətlə, öz təşəbbüslərimiz də olacaq. Musiqi, mədəniyyət, incəsənət, ədəbiyyat, təşəbbüsləri olacaq. Bütün bu təşəbbüslərdə yaxından iştirak edib Şuşamızın daha da çiçəklənməsinə öz töhfəmizi verməyə hazırıq. Zamanı çatdıqca keçiriləcək tədbirlərimizlə bağlı açıqlamalar veriləcək”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


