Bağdat Amreyev: "Bu, bütün türk xalqlarının qələbəsidir"
Bizi izləyin

Qarabağ

Bağdat Amreyev: "Bu, bütün türk xalqlarının qələbəsidir"

Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu torpaq öz həqiqi sahibini, Azərbaycan xalqını gözləyirdi. Allaha şükürlər olsun ki, Azərbaycan torpaqları azad olunub. İndi iqtisadi, mədəni dirçəliş dövrü başlanır.

Publika.az xəbər verir ki, bölgə müxbiri xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev deyib.

"Ağdam həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycanın ən mühüm rayonu idi. Ona görə də düşünürəm ki, Ağdamın bərpası təkcə Azərbaycan üçün yox, bütün türk xalqları üçün böyük bir hadisə olacaq. Onlar bu müharibə və otuzillik işğal dövründə həmişə qardaş Azərbaycan xalqının yanında olublar. Azərbaycan xalqını, onun lideri İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Bu qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qələbəsidir", - deyə Bağdat Amreyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm