Qarabağ
“Yaşamaq istəməsələr, yol açıqdır” - Deputat
Prezident İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün təşkil olunan brifinqdə işğaldan azad edilən ərazilərimizlə bağlı bir sıra məqamlara toxundu. Bunlardan biri də hazırda ermənilərin yaşadığı və sülhməramlıların nəzarətində olan ərazilərə inteqrasiya və həmin arealda birgəyaşayışın təmin olunması ilə bağlı idi.
Prezident vurğuladı ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası labüd və qaçılmaz prosesdir.
Millət vəkili, professor Anar İsgəndərli Publika.az-a açıqlamasında deyib ki, əslində Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan Qarabağ ərazisində hazırda Azərbaycan Ordusunun olmadığı yerlər haqqında lazım olan fikri dürüst və dəqiq şəkildə hamıya çatdırdı:
“Hamıya məlumdur ki, Azərbaycan öz torpaqlarını özü azad etdi. Dünyanın nüfuzlu təşkilatları və böyük dövlətləri gözləmə siyasəti ilə məsələni yola vermək istəyirdilər. Azərbaycan, o cümlədən Ali Baş Komandan bu məsələ ilə qətiyyən razılaşmadı. Siyasi qərarını qəbul etdi. Xalq dəmir yumruq kimi dövlət başçısının ətrafında birləşdi. Azərbaycan əsgəri də sözünü dedi və Vətən Müharibəsi qələbə ilə başa çatdı. Amma bununla yanaşı, bizim bəzi tarixi torpaqlarımıza Azərbaycan Ordusu hələlik daxil olmayıb”.
Millət vəkilinin fikrincə, bu, o demək deyil ki, o torpaqlar uzun müddət bu cür qalacaq. Deputatın sözlərinə görə, bu da bir həqiqətdir ki, düşmən birmənalı olaraq öz məkrini göstərib:
“Hara ayağı dəyibsə, oranı məhv və yerlə-yeksan edib. Həmin əraziləri yaşamaq üçün heç bir şəraiti olmayan xarabalığa çevirib. Buna görə də təbii ki, müharibəni qələbə ilə başa çatdırandan sonra quruculuq işlərinə başladıq. İndi də quruculuq işləri ilə məşğuluq. Quruculuq işləri başlayandan sonra ilk olaraq hansı əraziləri bərpa edəcəyiksə, azərbaycanlı əhali oraya köçəcək. Ondan sonra bu gün ermənilər yaşayan Azərbaycan torpaqlarına – Xankəndidən qovulan 20 min, Xocalıdan çıxarılan minlərlə əhalimiz öz doğma yurd-yuvalarına köçəcəklər. Sülhməramlı qüvvələrin də bu torpaqlarda olması müvəqqətidir. Müvəqqəti olmayan bizim orada olmamağımızdır. Yəni, həmin ərazilər bizim tarixi torpağımızdır. Təbii ki, erməni orada bizimlə birgə yaşayacaq, yaşamalıdır. Yaşamaq istəmirsə, bu onun öz işidir. Biz tarixi torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Çünki biz qalib tərəfik”.
Professor deyib ki, qalib dövlət isə hökm verir: “Həm də biz öz torpağımızla bağlı hökm veririk. Ermənilərin bura gəlməsi də, burada məskunlaşması da məlumdur. Onlara havadarlıq edənlər də bəllidir. Bu mənada biz öz torpağımızın sahibiyik. Amma çox sevinirəm ki, Azərbaycanın dövlət başçısı 4 saatdan artıq davam edən jurnalistlərlə müsahibəsində Bu məsələyə də aydınlıq gətirdi. Onsuz da Xocalı, Xankəndi və digər ərazilərimizdə ermənilər bizimlə qonşuluq və sülh şəraitində yaşamaq istəyirsə, bizim buna etirazımız yoxdur. Yəni, 80-ci illərə qədər necə olmuşdusa, o cür… Əlbəttə buna etirazımız yoxdur, onlar Azərbaycan vətəndaşlarıdır. Əgər onlar bu cür yaşamaqdan imtina edəcəklərsə, onların yolları da açıqdır. Hələlik onlar Laçın dəhlizi vasitəsi ilə gedib-gələ bilirlər. bu mənada adıçəkilən məsələ ilə bağlı heç bir narahatedici məqam yoxdur. Əminəm ki, bizim bu zəfərimiz böyük qələbədir. Bütün Azərbaycan xalqının qələbəsidir. Dünya da bunu bilir. Dünənə qədər dünya bizi məğlub dövlət olaraq bilirdisə, bu gün məğlub yox, qalib, hökm verən dövlət var. Öz torpaqlarını azad edən Azərbaycan xalqı var”.
Tural Turan
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO