Qarabağ
Sülhməramlıların buna qəti ixtiyarı yoxdur və tezliklə Azərbaycan... - Sabiq müşavirdən ANONS
Rusiya Müdafiə Nazirliyi Kəlbəcər bölgəsinə Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşayiəti ilə sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpasına dair elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları ehtiva edən humanitar yardım çatdırılması barədə ikinci dəfə rəsmi məlumat yayıb.
Humanitar yardımın ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım çərçivəsində göndərilməsi qeyd edilsə də, əslində, əsas vəzifəsi humanitar missiyanın yerinə yetirilməsi olan Rusiya sülhməramlılarının müşayiəti ictimai rəydə çaşqınlıq yaradıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Publika.az məsələni siyasi ekspertlər səviyyəsində araşdırıb.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli düşünür ki, Rusiya sülhməramlılarının humanitar yardımları müşayiəti Azərbaycan tərəfindən hələlik qəbul edilsə də, vəziyyət tezliklə dəyişməlidir: “Həm Laçın dəhlizi, həm də Kəlbəcərə uzanan yolla bağlı məsələlər Rusiya ilə müzakirələrin mövzusudur. Türkiyə də bu proseslərdə iştirak edir. Güman edirəm ki, bu məsələlərə yeni nizam gətirilməlidir. Hər halda, indiki şəraitdə rus sülhməramlıların aktiv rolu ürəyimizcə olmasa da, özünü müəyyən dərəcədə doğruldur. Ermənilərin təxribat xarakterli hay-küyünün qarşısını alır. Amma eyni zamanda, yeri gələndə ermənilərə də həddən artıq yaxınlıq göstərirlər. Bu, bir reallıqdır və bununla bir müddət barışmaq məcburiyyətində qala bilərik”.
Politoloq qeyd edib ki, Azərbaycan Respublikası və onun siyasi rəhbərliyi, eləcə də Türkiyə Rusiya ilə Laçın dəhlizi məsələsindən tutmuş, sülhməramlı kontingentin nəzarətinə verilən torpaqlar məsələsinə qədər ciddi danışıqlar aparacaq.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, sülhməramlılar, ilk növbədə, münaqişə tərəflərinin arasında dayanmalıdırlar ki, toquşşmalar və gərginliklər yaranmasın: “Digər bir vəzifələri isə müharibə vaxtı Ermənistana qaçan ermənilərin Qarabağa geri qayıtmasını və təhlükəsizliyini təmin etməkdir. Bu istiqamətdə Qarabağla Ermənistan arasında Laçın nəqliyyat dəhlizi də açıldı.
Amma burada məsələ incə bir rəng alır. Əslində, Qarabağdan Ermənistana qaçanlar vaxtilə Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslər idilər. Onlar öz qorxularından Qarabağı tərk etmişdilər. İçlərində az miqdarda sadə mülki vətəndaşlar var idi ki, onlar, həqiqətən də, siyasi məsələlər və Azərbaycana qarşı təxribatlardan uzaq durmuşdular. Ona görə sülhməramlıların vəzifəsi ilk gündən bundan ibarət oldu ki, gəlişləri ilə həmin şəxslərə bölgədə sabit şərait yarandığını, hər şeyə zamin durduqlarını göstərməlidirlər.
Buradan bir sual doğur ki, bəs azərbaycanlı məcburi köçkünlər öz yerlərinə nə zaman qayıdacaqlar? Məsələn, Xankəndiyə, Xocalıya və sair. Bütün bu məsələlər, Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin idarəsindədir. Bu məsələlər müzakirə edilir və ediləcək, öz həllini tapacaq. Sadəcə burada bir şeyə diqqət etmək lazımdır ki, rus sülhməramlıları siyasi proseslərə qatılmasınlar. Bir neçə dəfə bu istiqamətdə cəhdlər olsa da, Azərbaycan öz narazılığını rəsmi səviyyədə bildirərək qarşısını alıb. Hətta İlham Əliyev Vladimir Putinə (Rusiya Prezidenti – red.) bunu telefon danışığında açıq şəkildə çatdırıb. Təbii, bir halda ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib, deməli, sülhməramlılar həm də Azərbaycan tərəfinə gördükləri işlərin mahiyyəti, hansı əməliyyatlarda iştirakları barədə hesabat verməlidir”.
Politoloq qeyd edib ki, humanitar yardımların çatdırılması son dərəcə vacib işdir: “Lakin burada bizi narahat edən məqam ondan ibarətdir ki, özlərini siçan kimi gizlədən brasanyanlar, abraamyanlar, balasanyanlar hələ də Qarabağda at oynatmağa çalışır və arabir təxribat xarakterli fikirlərini səsləndirir. Əlbəttə, bu da bizim nəzarətimizdədir. Çünki sülhməramlıların siyasətə qarışmaq ixtiyarı yoxdur.
Bir sözlə, sülhməramlı məsələsi daxil olmaqla, bütün proseslər və ünsürlər Azərbaycanın nəzarətindədir. Biz qalib tərəf kimi bütün prosesləri diqqət mərkəzində saxlayırıq və bizim diqqətimizdən heç bir detal yayına bilməz. Rus sülhməramlıları öz hədlərini aşdıqları anda Azərbaycan tərəfi dərhal müvafiq siqnalları ötürür. Burada Türkiyə tərəfinin də iştirakını vurğulamalıyıq”.
Siyasi ekspertin rəyincə, Rusiya sülhməramlıları tərəfindən “humanitar missiya” adı altında həyata keçirilən sui-istifadələrə son qoyulub və qoyulacaq ki, onlar öz hədlərini aşıb çərçivələrindən kənara çıxmasınlar”.
Zümrüd Kərimova
-
Sosial17:30
Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...