Bu, ən qısa zamanda başa çatdırılacaq - DEPUTAT
Bizi izləyin

Qarabağ

Bu, ən qısa zamanda başa çatdırılacaq - DEPUTAT

“Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən "Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidentimiz İlham Əliyevin yağı tapdağından azad edilmiş torpaqlara hər səfəri xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, hər zaman xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirən ölkə Ptezidentinin hərbi əməliyyatların bitməsindən sonra mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bu ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihələrin təməlini qoyması düşmənə və onların havadarlarına verilən mühüm mesajdır:

“Növbəti belə səfər martın 15-də Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına getmələri ilə reaallaşıb. Dörd ay ərzində işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərin edilməsi göstərir ki, Prezidentimiz Qarabağ bölgəsinin dirçəldilməsinə, yenidən qurulmasına xüsusi diqqətlə, həssaslıqla yanaşır”.

Deputatın sözlərinə görə, əvvəlki səfərlərində düşməndən azad edilən torpaqlarda üçrəngli bayrağımızı qaldıran Prezident İlham Əliyev Müzəffər Ordunun Ali Baş Komandanı kimi Hadrutda da Azərbaycan bayrağını ucaltdı:

“Müdrik və uzaqgörən siyasəti ilə müstəqillik tariximizin ən möhtəşəm uğurlarına nail olan, Azərbaycanı dünyada söz sahibi edən, ölkəmizi qalib dövlətə çevirən Prezident İlham Əliyev Azərbaycanın tarixi qələbəsini bir daha dünyaya bəyan etdi. Dövlət Başçımızının səfər zamanı Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyması həm də onu göstərdi ki, Qarabağ bölgəsinin dirçəldilməsi prosesi sürətlə həyata keçirilir. Təbii ki, dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən biri erməni vandallarının dağıtdıqları, viran qoyduqları şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən qurulmasıdır. Bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq”.

Naqif Həmzəyevin fikrincə, 30 il əsarətdə qalan torpaqlarımızın Ali Baş Komandanın yenilməz iradəsi və dövlətimizin gücü ilə işğaldan azad olunduğu kimi Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu ərazilərin bərpası ən qısa zamanda başa çatdırılacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm