Qarabağ
Prezidentin bu səfəri yaddaşlara həkk olundu - Deputat
"Prezident İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfəri bir çox özünəməxsus məqamlarla yaddaşlara həkk olundu".
Bunu Publika.az-a açıqlamasında ölkə Prezidenti İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfərləri ilə bağlı fikirlərini bölüşərkən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkilinin sözlərinə görə, bugünkü reallıq ondan ibarətdir ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, erməni təbliğat maşını fasiləsiz olaraq informasiya müharibəsini davam etdirir:
"Diplomatik müstəvidə beynəlxalq birliyi aldatmaqla, özlərini qədim, mədəni, soyqırıma məruz qalan millət kimi göstərməklə çirkin siyasət aparırlar. Erməni siyasət maşınının yalanlar üzərində qurulduğu hər kəsə məlum olsa da, dünyada bu yalanlara inanan kifayət qədər qüvvələr də var. Bu baxımdan dövlət başçısının işğaldan azad olunmuş bölgələrə səfərinin və bilavasitə erməni vəhşilərinin dini, tarixi abidələri, qəbiristanlıqları dağıtmaları, alban məbədlərini saxtalaşdırma faktlarını nümayiş etdirməsi əks tərəfə verilən ən gözəl cavabdır. Səfər zamanı Azıx mağarasının ümumbəşəri əhəmiyyəti və ilk dəfə Azərbaycan alimi Məmmədəli Hüseynov tərəfindən aşkar olunması, ermənilərin başqa ölkələrdən elm adamlarını dəvət edərək tarixi saxtalaşdırma cəhdlərinin baş tutmaması ilə bağlı məlumatlar ictimaiyyətin marağına səbəb oldu".

Nəsib Məhəməliyevin fikrincə, xüsusi diqqət çəkən məqamlardan biri o idi ki, Prezident 30 il ərzində işğalda olmuş ərazilərin tarixi, erməni vandallarının dağıdıcı fəaliyyəti və müharibə bitən andan başlayaraq həmin torpaqlarda aparılan bərpa işləri barədə məlumatlar verdi:
"Burada tam açıqlığı ilə hər iki millətin fərqi görünür. Haqlı olaraq cənab Prezident sual verir ki, əgər siz özünüzü dövlət elan etmisinizsə, onda budurmu sizin dövlətinizə, torpağa olan münasibətiniz?! Hadrut qəsəbəsinin işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın əməliyyat detallarını açıqlaması xüsusi maraq kəsb edir. Ümumiyyətlə, ölkə başçısının səfər çərçivəsində səsləndirdiyi hər bir fikrin tarixi keçmiş və gələcək baxımından əhəmiyyəti olduqca böyükdür. Nəticə etibarilə hesab edirəm ki, 44 günlük müharibədə olduğu kimi, müharibədən sonrakı fəaliyyətilə də Prezident İlham Əliyev şərəfli tarix yazmaqda davam edir".
Tural Turan
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir






















.jpg)

.jpg)












