Qarabağ
Onların əsas məqsədi insanları Qarabağa qaytarmaq olacaq - Deputat
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi buraxıldı. Bir çoxları hesab edir ki, “Dağlıq Qarabağ” kimi ayrıca vahid yoxdur, Dağlıq Qarabağın statusu məsələsi də yoxdur.
O zaman sual yaranır, belə olan halda icma niyə olmalıdır?!
Millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, indiki mərhələdə bu, tamamilə düzgün bir qərardır:
“Dağlıq Qarabağ ifadəsi yalnız coğrafi anlayış kimi qalıb. Tarixi hadisələri şərh edəndə, tarixlə bağlı nəsə danışanda bu ifadəni istifadə etmək mümkündür. Ancaq indi Qarabağ var və onun bir hissəsində yaşayan ermənilər mövcuddur. Ona görə də Dağlıq Qarabağın Azərbaycanlı İcması anlayışı düzgün deyil. Belə olan halda həmin icmaya da bundan sonra ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Şuşaya da, Hadruta da azərbaycanlılar qayıdacaq”.
Deputat qeyd edib ki, onlar icma kimi orada yaşamayacaqlar:
“Orada ərazi vahidləri olacaq. Ona görə də icmaya ehtiyac yoxdur. Həmin qurum vaxtilə Dağlıq Qarabağdan qovulmuş, məcburi köçkün həyatı yaşayan insanların təşkilatı kimi fəaliyyət göstərib. O vaxt müəyyən mənada nəzərdə tutulurdu ki, status müzakirə olunan halda orada erməni və azərbaycanlı icması da iştirak etməlidir. Bütün bu məsələlər keçmişdə qalıb. Ona görə də belə bir icmaya ehtiyac yoxdur. İndi “Qarabağa dönüş” İctimai Birliyi yaradılıb. Onların da əsas məqsədi insanları mütəşəkkil şəkildə Qarabağa qaytarmaq olacaq. Məhz Qarabağa, Dağlıq Qarabağa yox”.
Tural Turan
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama






.png)
























.jpg)








