Qarabağ
Bu, çox düzgün addımdır - Deputat
“Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi iclas keçirərək özünü buraxması çox düzgün addımdır”.
Bunu Publika.az-a açıqlamasından Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Millət vəkilinin fikrincə, bu belə də olmalı idi: “Çünki artıq Dağlıq Qarabağ anlayışı yoxdur. Qarabağ aranı və dağı ilə bütünlüklə Azərbaycan ərazisidir. Heç onun azərbaycanlı, erməni icması adlı anlayış, termin də yoxdur. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən Müharibəsində çox uğurlu qələbə qazandı, işğaldan azad edilmiş ərazilərimizdə suverenliyimiz bərpa olunub. Dağlıq Qarabağ anlayışı öz qüvvəsini itirdiyinə görə məntiqi olaraq həmin icmanın adının Böyük Qayıdışla əvəz olunması çox doğrudur. Həm də onun fəaliyyətinin yeni mərhələdəki konturlarını, istiqamətlərini müəyyənləşdirir. Həmin birlik yeni mərhələdə də kifayət qədər işlər görüblər. İllərlə həsrətində olduğumuz, gözlədiyimiz böyük arzumuza çatdıq. Artıq Qarabağ öz sahiblərinin, insanlarımızın yolunu gözləyir. Cənab Prezidentimiz mütəmadi olaraq işğaldan azad olunan həmin bölgələrimizə gedir”.
Millət vəkili düşünür ki, bundan sonra da həmin icma öz missiyasını uğurla yerinə yetirəcək:
“Çünki icmanın indiyə qədərki fəaliyyətində fəallıq görmüşük. Onlar Qarabağ həqiqətlərinin, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında çox böyük işlər görüblər. Fəaliyyətləri qənaətbəxş olub. Çalışıblar ki, işlərinin öhdəsindən lazımınca gələ bilsinlər. Bundan sonrakı ikinci mərhələdə keçmiş məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıdışla bağlı fəaliyyətlərini daha da gücləndirəcəklər. İnanıram ki, bu icmanın üzvləri bu missiyanın da öhdəsindən gələ biləcəklər”.
Vüqar İsgəndərovun fikrincə, mərhələli şəkildə Qarabağda yenidənqurma, abadlıq və qayıdış işləri öz əksini tapacaq:
“Hələlik işğaldan azad edilən ərazilərimizdə minalardan təmizlənmə kimi önəmlə bir məsələ qalır. İşğalçı və vandal ölkə hələ ki, işğal dövründə minaladığı ərazilərin xəritələrini bizə təqdim etmir. Bunun özü beynəlxalq hüququn pozulması halıdır. Eyni zamanda, müharibə cinayətidir. Ona görə də işğaldan azad olunan ərazilərimizdə işlərimizi tam sürətlə bərpa edə bilmirik. Çünki ərazilərin minalardan təmizlənməsi prosesi tam başa çatmalıdır. Bu da zaman aparan məsələdir. Ölkə başçısının söylədiyi kimi, bizim buna gücümüz çatır. Biz öz işimizi görürük. Yaxın zamanlarda həmin bölgədən 30 il əvvəl məcburi köçkün düşmüş insanlar öz ata-baba torpaqlarına qayıda biləcəklər. Bundan sonra insanlarımız həmin əraziləri görməyə və dincəlməyə, orada yaşamağa gedəcəklər. Qürarla söyləyə biləcəklər ki, bu torpaqlar, bu el-oba bizimkidir”.
Tural Turan
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO



























