Qarabağ
Onlar Prezidentin bu humanist addımından nəticə çıxarmasalar...
“Belə bir faktı daim yadda saxlamaq lazımdır ki, biz 44 gün ərzində 30 illik işğala son qoyan bir millət və dövlətik. Bu qələbəni bizə yaşadan güclü ordumuz və müzəffər Ali Baş Komandanımız var. Bu qələbə elə-belə qazanılmayıb, illər boyu çəkilən zəhmət, uğurlu daxili və xarici siyasət, sonucları yüz ölçülüb bir biçilmiş taktiki gedişlər nəticəsində əldə edilib. Bütün bunlar bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürurla “mənim Müzəffər Ali Baş Komandanım” dediyi Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Azərbaycan tərəfi 3 erməni əsiri Ermənistana qaytarmaq qərarı veribsə, bu, müzakirə obyekti olmamalıdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. Millət vəkili qeyd edib ki, bütün dünyanı qarşısına alaraq 44 gündə 30 illik işğala son qoyan bir siyasi liderin indiki həssas dönəmdə hər hansı taktiki addımını müzakirə etməyə heç kəsin mənəvi haqqı yoxdur:

“O ki qaldı erməni tərəfinin Azərbaycan Prezidentinin bu humanist addımından nəticə çıxarıb öz hərəkətlərini korrektə etmək məsələsinə, ermənilər həmişə elə düşünür ki, hamı onlara borcludur. Bu gün dünyanın yarısını onlara versələr, yenə deyəcəklər ki, dünyanın o biri yarısını da onlara verməməklə haqlarını tapdalayıblar və hamını erməniyə düşmən olmaqda, erməniyə xəyanətdə ittiham edəcəklər. Budur erməninin xisləti. Fikir verin, Azərbaycan ərazilərini 30 ildə cəhənnəmə döndəriblər, daş üstə daş qalmayıb. Nəinki tikililərdən, təbiətdən, qəbirlərdən belə “qisas” (nəyin qisasını – anlamaq olmur!) alıblar, amma özlərində zərrə qədər günah görürlərmi?! Torpaqlarımızda etdikləri vəhşiliklər, yer üzündən sildikləri yüzlərlə dini və tarixi tikililər bir yanda qalıb, guya onlara məxsus olan bir-iki xristian kilsəsinin taleyi ilə bağlı az qala dünyanı ayağa qaldırıblar. Bir millət nə qədər şərəfsiz, nə qədər yaramaz olar?! Bizim bir yolumuz var: ermənilərin və havadarlarının hər hansı təzyiqlərindən çəkinmədən, onları zərərsizləşdirərək strateji hədəflərimizə doğru addım-addım irəliləmək!”
Tural Turan
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp































.jpg)



.jpg)

