Qarabağ
Qaragöl hadisəsi onu göstərdi ki... - Politoloq DETALLARI AÇDI
Qaragöllə bağlı məsələdə Azərbaycan hədəflərinə çatacaq. Paşinyan dar çərçivəyə salınıb. Hələlik isə, bu mövzunun mümkün variantlarını təhlil edək. Qaragöldə baş verənlər Üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını surətləndirməklə yanaşı Azərbaycanın həmin Bəyanatda yer alan və almayan hədəflərinin yerinə yetirilməsi üçün mühüm və düşünülmüş addım oldu.
Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın 3 seçim yolu var idi.
“Bölgənin həm hüquqi, həm tarixi baxımdan kimin olmasını mətn uzanmasın deyə qoyuram kənara. Onsuz da bəllidir ki, söhbət Azərbaycan ərazisindən gedir. Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın 3 seçim yolu var idi. Birincisi, hərbçilərlə cavab. Göründüyü kimi, dağılmış erməni ordusu bunu etmədi. İkincisi və üçüncüsü, SSR zamanındakı xəritələrlə delimitasiya prosesi. Paşinyan xəritələrlə bağlı delimitasiya məsələsində ya SSR zamanı dərc edilmiş xəritələri mənasız sayaraq Qaragölün Ermənistan olduğunu israr edərsə - ordumuz mövqelərində qalaraq Sisian və Gorus istiqamətində, M2 avtomagistralını hədəfə alaraq strateji mövqe üstünlüyü əldə edə, Qaragölün su ehtiyatından Ermənistanı mərhum edə bilər.
Ya da Ermənistan xəritələrlə delimitasiyaya razılaşaraq - Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarır. Eyni zamanda, Şuşaya gediş - gəlişin asanlaşdırılması üçün yolüstündəki bəzi kəndlərdən sülhməramlılar geri çəkilir.
Qaragöl həm də onu göstərdi ki, Demokratlar Qarabağ məsələsinə Azərbaycan - Ermənistan prizmasından daha çox ABŞ - Rusiya geosiyasi qarşıdurması çərçivəsində baxır və Nikola seçkiqabağı dəstək verirlər. Bu hadisə eyni zamanda onu göstərdi ki, Cənubi Qafqazdakı yeni proseslər birbaşa Bakı - Moskva dialoqundan asılıdır”.
Aytən Məftun
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner





















.png)

















