Qarabağ
Gözləmək olmaz, erməni diversantları... - Politoloq
Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı BMT qətnamələrinin yerinə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Ekspert bildirib ki, Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin:
“Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcərin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər. Onlar minaları indi də iki yolla döşəyə bilərlər. Bunu ya Ermənistandan gizli yollarla Azərbaycan tərəfə keçən diversantlar döşəyir, ya da elə Qarabağdakı separatçılar “fəaliyyətdədirlər”.
Minaların partlaması bizə hər iki istiqamətdə hərəkətə keçməyə imkan yaradır. Sərhədi qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərk-silah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq”.
Aytən Məftun
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var










.jpg)









.jpg)




.jpg)














