Qarabağ
Qarabağla bağlı 5000 manatlıq müsabiqənin qalibi açıqlandı
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş tərkibdə iclası keçirilib.
Publika.az xəbər verir ki, İclasda İttifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.
Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev senarilər üzrə yaradılmış münsiflər heyətinin tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edildiyini bildirib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qeyd edib ki, müsabiqəyə 48 ssenari təqdim olunub: "Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmaylb".
Ssenari müsabiəqsinin münsiflər heyətinə Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.
Münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimi Ayaz Salayev, Əməkdar İncəsənət xadimi Elxan Cəfərov, İttifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar.
Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animisiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir.
Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər
1. Ən yaxşı tammetrajlı film ssenarisi – “ Xəzər dalğası “: Rzayev Elnur Vahid oğlu.(Mükafatı - 5000 manat)
2. Ən yaxşı qısametrajlı film ssenarisi – “ Xarı bülbül “: Nəsibli Leyla Eyvaz qızı.(Mükafatı - 3000 manat)
Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı











.jpg)

























