Qarabağ
Qazimizin savaş xatirələri: ermənilər özlərini tualet quyusuna...
“Müharibə başlayanda mən 9 ayın əsgəri idim. Təlimlərdə yaxşı iştirak etmişdik, amma müharibə də müharibədir. İlk günlərdə müəyyən qədər vahimə var idi, amma düşmənin bizim qabağımızdan qaçdığını görəndə, öz torpağımız uğrunda döyüşdüyümüzü fikirləşəndə bu qorxu artıq yoxa çıxdı. Ruh yüksəkliyi elə bir səviyyədə idi ki, bizim qarşımızda nəinki ermənilər, heç dünyanın ən güclü ordusu da tab gətirə bilməzdi”.
Bunu Publika.az-a açıqlamasında Vətən müharibəsi qazisi, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Mehdi Əliyev deyib. O, Vətən müharibəsinin başlanmasını belə xatırlayır: “Biz ayın 28-dən müharibəyə qoşulduq. Əsgər yoldaşlarımızla hələ nə baş verdiyini anlamırdıq. İlk təminat maşınımızın düşmənin minaatan mərmisinə tuş gəldiyini görəndə artıq müharibədə olduğumuzu anladıq. Elə oğullar döyüşürdü ki, onların qəhrəmanlığını sözlə ifadə etmək çətindir. Hər tərəf mina idi, amma bu, bizi qorxutmurdu. Bizi sadəcə bir şey düşündürürdü, ayağını yerə basanda aşağı bax, birdən şəhid qanını tapdayarsan. Biz bu amalla döyüşmüşük. Ailəmizi yox, vətəni, torpağı düşünürdük. Allaha dua edirdik ki, qələbəni bizə nəsib eləsin”.
Qarabağ qazisi bildirib ki, ən ağır döyüşlər Füzuli istiqamətində gedib: “Düşmən orada çox güclü müdafiə olunurdu. Çünki 30 il idi ki, bütün güclərini orada cəmləmişdilər. Buna baxmayaraq, bizim döyüşçülər heç nəyə baxmırdılar. Ancaq irəli gedirdik. Hətta meyitlərini də qoyub qaçırdılar. Bir dəfə bir hadisənin şahidi oldum, erməni əsgərlər qorxularından özlərini ayaqyolu üçün qazdıqları quyuya atmışdılar. Elə nəcisin üstündə də ölmüşdülər. Yaralılarını qoyub qaçırdılar. Hətta silahlarını da atıb canlarını qurtarmağa çalışırdılar. Çox qorxaqdırlar. Onlar millət deyil, kimliyi bəlli olmayan tayfalardır. Bizi güclü edən o idi ki, öz torpağımızda vuruşurduq. Həm də çox güclü bilik və bacarığa malik komandirlərimiz var idi. Bölük komandirimiz şəhid oldu, həmişə bizi ölümdən qurtarırdı. Özü isə mən yaralandığım döyüşdə düşmən gülləsinə tuş gəldi, amma onlarla əsgəri təhlükəsiz yerə çıxara bildi. Çox şükür ki, biz qalib gəldik. Şəhidlərimizin qanı yerdə qalmadı”.
Tural Turan
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi