Qarabağ
İran Qarabağda Azərbaycan sərvətini belə talayırdı - FAKTLAR
Azərbaycan torpaqlarının 30 il işğal altında qalması işğalçı Ermənistanla yanaşı, İranın da işinə yarayırdı. Çünki bu torpaqlardakı sərvətlərimizin talan edilməsi prosesində Ermənistan və İranın dərin əməkdaşlığı var idi.
İran şirkətlərinin Qarabağda fəaliyyəti sirr deyil və bu haqda açıq mənbələrdə yetərincə məlumat var. Misal üçün, 2016-cı ildə Qarabağdakı separatçı-terrorçu rejimə böyük miqdarda maliyyə yardımı edən şirkət İranın “İran Mellat Bankı”nın İrəvan filialı idi.
Filialın əməkdaşı olan Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın işdən uzaqlaşdırılmasına etiraz olaraq, bəzi sirləri açmışdı.
“2016-ci ilin aprel hadisələri zamanı mən “İran Mellat Bankı”ının tapşırığı ilə “Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım”, - Ovannisyan deyirdi.
Əslində mexanizm sadə idi. İran Qərb sanksiyalarını dəlmək, çirkli pullarını yumaq üçün Azərbaycanın işğal edilmiş ərazilərindən platforma olaraq istifadə edirdi.
Bu fakt Dünya Bankının hesabatlarında da əksini tapır. DB-nin 2019-cu il hesabatında bildirilir ki, “2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə isə 211 milyon dollar pul köçürülüb”.
Bu pullar Qarabağdakı İran banklarından Ermənistana köçürülən vəsaitlərdir. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edir.
İşğal dövründə Qarabağda fəaliyyət göstərən, əməliyyatlar həyata keçirən İran banklarının bir qisminin adları da bəllidir:
“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.
Bununla yanaşı, Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin bir qisminin siyahısı da məlumdur:
“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).
İran bu şirkətlər və banklar vasitəsilə Qarabağa sərmayə qoyur, həm Azərbaycan sərvətlərini talayır, həm də Ermənistanın işğalçı siyasətinə dəstək verirdi. Hətta Qarabağdakı separatçı-terrorçu rejim İran üçün bölgədəki əsas “tərəfdaş” idi.
Şuşada Yuxarı Gövhərağa məscidinin “təmiri” bu əməkdaşlığın bariz nümunələrindən biridir. Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib.
Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.
“İran mədəniyyətinin nümunəsi olan və Artsaxda (Qarabağ - red.), xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-İran dostluğu dərin köklərə malikdir. Məcsid erməni-İran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”, - Avanesyan bildirirdi.
İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı.
Adında İslam sözü olan İranın İslam abidələrinin məhv edilməsində iştirakı, məscidlərdə donuz saxlanılmasına göz yumması bu dövlətin gerçək siyasətini ifşa edir.
Torpaqlarımızda işğala son qoyulmasından sonra İranın Azərbaycanın üzərinə bu qədər aqressiv hücumları, Qarabağda status-kvonun dəyişməsini qəbul etməmələrinin əsas səbəblərindən biri də məhz bu qanunsuz biznesdən, gəlir mənbələrindən məhrum olmalarıdır.
Asif Nərimanlı
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı