Qarabağ
Ermənistanın kapitulyasiyası: Azərbaycan tarixi ədaləti bərpa etdi
“44 günlük Vətən müharibəsinin qalibiyyətimizlə başa çatması nəticəsində Ermənistanın 30 illik işğalına son qoyuldu. Prezident İlham Əliyev də qeyd etdi ki, biz əbədi olaraq öz torpaqlarımıza qayıtdıq və ərazi bütövlüyümüzü təmin etdik”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, bu qələbə ilə Azərbaycan tarixi ədaləti bərqərar edib: “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim bu qələbəmiz əbədi olaraq qalacaq və vətəndaşlarımız həmin torpaqlarda sonsuza qədər yaşayacaq. Azərbaycan Ermənistan ordusunu məğlub edərək tarixi ədaləti bərpa etdi və bununla da bölgəyə sülhün gəlməsi üçün şərait yaratdı. Ermənistanın daxilində olan bəzi qurumlar tərəfindən sərsəm bəyanatlar səsləndirilir, ancaq bunların heç bir mənası yoxdur. Ermənilər 1915-ci il xəyanətkarlıqlarından sonra bu günə qədər də Türkiyəyə ərazi iddiası irəli sürürlər və bu iddia konstitusiyalarında da yer alıb. Onlar bununla nəyəsə ola bilməyiblər. Yəni bu xəstə düşüncəyə malik olan cəmiyyət ömür boyu harada olubsa, oranı öz torpaqları kimi qələmə verib”.
E.Məmmədov vurğulayıb ki, qələbəmizi rəsmiləşdirən sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı bənd var və bunun sayəsində bütün türk dünyası birləşəcək: “Bu dəhlizin açılmasına bəzi dövlətlər paxıllıqla yanaşırlar. Biz hər zaman qonşu dövlətlərə mehriban münasibət göstərmişik. Prezident İlham Əliyev də 1 il bundan əvvəl dəhlizin açılması ilə bağlı çıxış etmişdi. Ermənistan baş naziri bu sənədə imza atmaqla Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığını bildirib. Yəni Ermənistan döyüşdə məğlub olaraq bu yolun açılması ilə bağlı öz üzərinə öhdəlik götürüb. Artıq Ermənistanda yaşayan müəyyən düşüncəli ermənilər də söyləyir ki, Zəngəzur dəhlizinin açılması onlar üçün sərfəlidir. Çünki onlar bu gün dalana dirənmiş, blokada şəraitində qalan bir dövlətə çevrilib. Ermənilər əgər düzgün fikirləşsələr, cəhd edərlər ki, bu dəhliz daha tez açılsın. Ancaq ermənilərin nə düşünməsindən aslı olmayaraq bu dəhliz açılacaq və türk dünyası birləşəcək”.
Rahib Ələsgərov
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu







.jpg)

.png)










.png)

















