Qarabağ
Zəfər paradı - faşist düşüncələrinin məhvi
“Müstəqil Azərbaycanın ən şərəfli tarixi günlərindən biri - hər birimizin yaddaşlarında əbədi həkk olunmuş Zəfər paradından bir il ötür. 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olunması, Qafqaz regionunda yeni reallıqların yaranması və 30 illik işğala son qoyulması ilə nəticələndi. Dekabr ayının 10-da keçirilən Zəfər paradı isə böyük qələbəni rəsmiləşdirməklə öz möhürünü vurdu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, müstəqillik illərində ölkəmizdə bir neçə hərbi parad keçirilib:
“Həmin paradların hər biri keyfiyyət və kəmiyyət baxımından bir-birindən fərqlənirdi. İqtisadiyyatımız gücləndikcə Silahlı Qüvvələrə ayrılan maliyyə vəsaiti ilbəil artırılır, fərqli ölkələrdən ən müasir silahlar, texnika alınır, ordunun döyüş qabiliyyəti artırılırdı. Nəticə olaraq, 21-ci əsrin ordusu yaradıldı və cəmi 44 gün ərzində ermənilərin 30 ildə qurulmuş müdafiə sistemləri, “məğlubedilməz ordu” mifi darmadağın edildi. Dünya erməniliyinə və havadarlarına sağalmaz yara vuruldu. Zəfər paradının tarixi-siyasi əhəmiyyəti olduqca böyükdür”.
Deputat vurğulayıb ki, böyük qələbənin əsas müəllifi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə yanaşı, bütün proseslərdə ölkəmizin yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da tarixi hadisə oldu:
“3000 nəfərlik hərbçimizlə birlikdə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin keçid törənində iştirak etməsi eyni millətin, eyni ordu olmasının göstəricisi idi. Paradda Silahlı Qüvvələrimizə məxsus yeni alınmış silahların, döyüş texnikasının nümayişi isə müharibədən yeni çıxmasına baxmayaraq, ordunun tez bir zamanda bərpası, istənilən tapşırıqları icra etmək qabiliyyətində olduğu anlamına gəlir. Erməni ordusunun atıb qaçdığı, yaxud qəhrəman əsgərlərimiz tərəfindən məhv edilmiş silahların, texnikanın bir hissəsinin paradda nümayiş etdirilməsi hər kəsi cuşa gətirdi. 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini ayaqlayan, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən, ümumbəşəri dəyərlərdən, insanlıqdan uzaq bir saxta toplumun faşist düşüncələri məhv edildi. Həqiqəti bilərək onlara himayədarlıq edən şər qüvvələrə cavab verildi. Zəfər paradının keçirilməsi imkanının əldə olunması saylı dövlətlərə, millətlərə, seçilmiş sərkərdələrə nəsib olur. Bu baxımdan Azərbaycan xalqı, qəhrəman Azərbaycan əsgəri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya hərb tarixində qızıl hərflərlə qeyd olundu. Düşünürəm ki, hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilməz. Zəfərlərin bol olması arzusu ilə xalqımızı Zəfər paradının bir illiyi münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!”
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var