Qarabağ
Zabuxla bağlı TARİXİ FAKTLAR: ermənilər yenə İFŞA OLDU
Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir. Sosial şəbəkələrdə, xüsusən də tviterdə bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov söyləyib.
“Çox da uzaq olmayan tarixə real faktlar ilə nəzər salaq. Keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib. Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıyaalma zamanı rayonda cəmi 34 erməninin yaşadığı qeydə alınıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi azərbaycanlı, 5.1 faizi müsəlman kürdlər olub. Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşayaraq erməni işğalından sonra da birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərində məskunlaşdı”, - V. Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur:
“Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılar olub. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasalar da onların öz doğma yurdlarına qayıtmalarına çox az qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi. Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyəsi ilə salınan qəsəbədə 150-dən çox ev tikilib”.
Vüqar Bayramov hesab edir ki, Zabux kəndi daxil olmaqla bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var:
“Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh isə ölkələrin bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıması halında mümkündür”.
Akqabay Mıradov
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız