Qarabağ
Laçındakı şəxslər “Berdzor” lövhəsini sındırmağa görə həbs edilib?
Bir neçə gün öncə bir nəfərin Laçının girişindəki ermənicə “Berdzor” yazılan lövhəni sındırdığını əks etdirən video yayılmışdı. Sosial şəbəkələrdə yayılan iddialara görə, lövhəni sındıran və videonu çəkən şəxslər - Elnur İsayev və Cavid Quliyev 10 sutka inzibati həbs cəzası alıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, sözügedən şəxslərin Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı həbs edilməsi iddiaları əsassızdır:
“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduğu və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “sürpriz” partlayıcı və mina təhlükəsi var. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.
(Qafqazinfo)
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi