Şuşa yolundakı etiraz məntiqi sonluqla başa çatacaq - Qarşısını heç kim ala bilməz
Bizi izləyin

Qarabağ

Şuşa yolundakı etiraz məntiqi sonluqla başa çatacaq - Qarşısını heç kim ala bilməz

“Burada əsas səbəb separatçıların etnik erməniləri istifadə etməsi və onların azərbaycanlı ekoloqların fəaliyyətinə maneə törətməsi ilə bağlıdır. Lakin Azərbaycan qanunsuz hadisələrin qarşısının alınması istiqamətində bütün lazımi addımları atır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan lazımi olan bütün addımları atmaqda sərbəstdir və burada onun qarşısını heç kəs ala bilməz: “Bu xüsusda Azərbaycan və Rusiya arasında olan danışıqların formalaşması , sülhməramlılarla işin geniş miqyaslı xarakter alması öz nəticəsini verməlidir. Bu məsələdə də Azərbaycanın prinsipiallığı öz nəticəsini verəcək”, - o deyib.

İ.Hüseynovun sözlərinə görə etirazlar gözlənilən nəticəni verəcək.

“Azərbaycanın sərvətlərinin - mineral resursların, qızıl yataqlarının işlənməsinə qarşı mübarizəmiz məntiqi sonluqla başa çatacaq”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm