Qarabağ
Ermənistanın anti-Azərbaycan təbliğatı: Qərbin təzyiqinə nail olmaqla...
“Ermənistan tərəfi azərbaycanlıların etariznı ermənilərə qarşı soyqırımı, guya onların ərazilərdən çıxarılması ilə bağlı plan kimi təqdim edirlər. Bütün bunlar əsassız ittihamlardır və heç bir fakta söykənmir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, AŞPA Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü qətnaməni qəbul etməyib:
“Bildiyimiz kimi Avropa Şurası Parlament Assambleyasının hüquq komitəsində erməni deputat tərəfindən belə bir fikir səsləndirilib və azərbaycanlı deputatlar tərəfindən tutarlı cavab verilərək qarşısı alınıb. Ermənistan, AŞPA hüquq komitəsindən Azərbaycanla bağlı qətnamə hazırlamağı xahiş etsə də, təklifləri rədd edilib. Çünki bunun heç bir əsası yoxdur”.
Deputatın sözlərinə görə, Ermənistan öz havadarları vasitəsi ilə yaranmış vəziyyəti ölkəmizə qarşı yönəltməyə çalışır : “Bununla da Qərbin Azərbaycana qarşı təzyiqinə nail olmaq istəyirlər. Amma məsələ budur ki, erməni yaraqlıları 2020-ci il 10 noyabr tarixində imzalanmış bəyanata uyğun olaraq ərazilərimizi çoxdan tərk etməli idilər. Əfsuslar olsun ki, bu gün Azərbaycanın faydalı qazıntılarını vəhşicəsinə istismar edirlər və bütün bunlar da rus sülhməramlıları kontinqentinin gözü qarşısında baş verir. Belə münasibətə cavab olaraq, Azərbaycanın QHT nümayəndələri haqlı etiraz edirlər”.
C.Osmanov qeyd edib ki, Azərbaycan tərəfi bundan sonra da tələbini davam etdirməlidir.
“Qarabağ Azərbaycanın əzəli torpağıdır və burada sərbəst şəkildə monitorinq aparmaq hüququ var. Faydalı qazıntılarmızın erməni separatçıları tərəfindən vəhşicəsinə istismarının qarşısı alınmalıdır. Hətta Azərbaycan tərəfi burada anti-terror əməliyyatları keçirmək haqqına sahibdir . Buna heç kəs əngəl ola bilməz”.
Ayşən Rəhim
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
-
Sosial16:06İqbal Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist
-
Rəsmi xronika15:05Bu imtahan ödənişli olacaq - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO












.jpg)


























