Qarabağ
Füzuli şəhərinin ilk yaşayış məhəlləsi belə olacaq
İşğaldan azad olunan Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin inşası davam etdirilir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.
Artıq 24 binada tikinti işləri aparılır, 14 binada isə tender həyata keçirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
İş icraçısı Yengibar Məmmədhəsənov yaşayış məhəlləsinin birinci kvartalında görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda birinci məhəllədə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Bununla paralel olaraq xarici divarların hörgüsü və suvaq işləri də həyata keçirilir. Binalar 4, 5, 6, 7 mərtəbəli olmaqla 144 mənzildən ibarətdir. Bunlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlıdır. Binaların zirzəmisi avtomobil dayanacağı üçün nəzərdə tutulub. (Azərtac)
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı


























.jpg)













