Qarabağ
Xankəndidə son vəziyyət: Ruben “döyüşmək istəyir”, Araik “sonumuz olacaq” deyir
Qarabağda separatçı rejimin daxilində Vardanyan-Arutyunyan qarşdurması yenidən başlayıb.
Publika.az xəbər verir ki, bir neçə həftə öncə separatçıların “başçısı” Araik Arutyunyan qondarma “dövlət naziri” Ruben Vardanyanın istefasını tələb edirdi. Sonradan anlaşmanın əldə olunduğu xəbərləri yayııldı, lakin erməni mənbələr “soyuq müharibə”nin davam etdiyi, Laçın yolu ilə bağlı məsələdə fikir ayrılığının olduğunu yazır.
“Hraparak” nəşri yazır ki, Ruben Vardanyan son günlər Xankəndi ətrafında yaşayış məntəqlərindəki ermənilərlə görüşüb: “Bu görüş ermənilər arasında ziddiyyətli əhval-ruhiyə yaradıb. Vardanyan insanları sakitləşdirərək bildirib ki, Laçın yoluna görə yaranmış vəziyyət qar əriməyə başlayana – mart-aprel aylarına qədər davam edəcək, daha sonra su və işıq problemi olmayacaq. Erməni əhali soruşub ki, yeni hərbi toqquşma ola bilərmi? Vardanyan cavabında bunu istisna etməyib və bildirib ki, “döyüşmək lazımdır”. Bu açıqlamalar erməni əhalisi arasında təşviş yaradıb”.
Nəşr qeyd edir ki, Araik Arutyunyan Ruben Vardanyanın bu mövqeyinə qarşıdır.
“Bazar günü Araik əhali ilə qapalı görüşdə Rubenin mövqeyini tənqid edib və bildirib ki, hazırda Qarabağda Ermənistandan daha çox silah var, lakin müharibədən qaçmaq lazımdır. Arutyunyan “Bakı ilə təmaslar qurulmalıdır, əks halda bizim sonumuz olacaq” deyib”, - nəşr yazır.
Asif
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR













.jpg)




















.jpg)
.jpg)