Qarabağ
Beynəlxalq səyahətçilər Cıdır düzündə - Foto
12 ölkənin nümayəndəsinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu ekofəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı Xankəndi-Laçın yolunda dinc aksiya keçirdikləri əraziyə baş çəkdikdən sonra Şuşadakı Cıdır düzünə yollanıb.
Publika.az Report-a istinadla xəbər verir ki, qonaqlara bir vaxtlar Cıdır düzündə Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib.
Səyyahlara həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin yüngül silahlarla bu təhlükəli qayalara dırmaşaraq düşmənin gözləmədiyi yerdən görünməmiş hərbi əməliyyat keçirməsindən, Şuşanın işğaldan azad edilməsindən danışılıb.
Bildirilib ki, müharibə başa çatdıqdan və Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra hər il Cıdır düzündə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirilir, eləcə də digər böyük tədbirlər təşkil olunur.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)






















.jpg)
.jpg)