Qarabağ
Azad edilmiş ərazilərə həyat geri qayıdır - Britaniyalı səyyah
“Şadam ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tədricən bərpa olunur, buralara həyat geri qayıdır”.
Publika.az xəbər verir ki, bunu Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər qrupunun tərkibində yer alan britaniyalı səyyah Saşa Hini deyib.
Gördüklərindən heyrətlənən S.Hini ağrı və kədərlə dolu yerlər görəcəyini gözlədiyini söyləyib.
“Ancaq gənc nəslin bu yerləri necə bərpa etdiyini, onların ilkin görkəmini bərpa etməyə, yenidən həyata qaytarmağa çalışdığını görmək çox sevindiricidir”, - o bildirib.
S.Hini vurğulayıb ki, bir vaxtlar buradan qovulmuş insanların öz torpaqlarına qayıtması üçün hava limanlarının, yaşayış binalarının tikildiyini, şəhər və kəndlərin salındığını görüb.
Azıx mağarası ilə bağlı təəssüratlarından danışan səyyah buranın unikal və tarixi dəyərə malik olduğunu qeyd edib.
“Bir çox səyahətçilər üçün işğaldan azad edilmiş əraziləri ziyarət etmək çox maraqlıdır. Xəbərlərdə bura gələn insanların olduğunu eşitmişik, lakin hər şeyi öz gözlərimizlə görmək bizim üçün imtiyazdır”, - o əlavə edib.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.//Report.az
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































