Qarabağ
Beynəlxalq səyahətçilər Füzulidə - Foto
Böyük Britaniyada formalaşan və tərkibinə 12 ölkədən olan beynəlxalq səyahətçilərin daxil olduğu qrup Füzuli rayonunda olublar, minatəmizləmə əməliyyatlarını izləyiblər.
Publika.az Report-a istinadla xəbər verir ki, qonaqlara rayonun minalardan təmizlənən ərazisində görülən işlər barədə məlumat verilib.
Daha sonra onlara ərazidə aşkar edilmiş və zərərsizləşdirilmiş mina nümunələri nümayiş etdirilib.
Səyyahlar həmçinin Füzuli ərazisində tapılan minanın partladılma yolu ilə zərərsizləşdirilməsinə də şahidlik ediblər.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































