Qarabağ
Vardanyan qayıtdı, Babayan da gəldi – Xankəndidə vəziyyət gərginləşir
Xankəndidə siyasi qarşıdurma yenidən gərgin mərhələyə qədəm qoyub.
Publika.az xəbər verir ki, Moskvaya gedən qondarma “dövlət naziri” Ruben Vardanyan yenidən Qarabağda peyda olub.
Qondarma “nazir” müşavirə keçirib, eləcə də İran mediasına müsahibə verib.
Əsas diqqətçəkən məqam isə separatçı rejimin qondarma “təhlükəsizlik şurasının keçmiş baş katibi”, separatçıların ordusuna “rəhbərlik” etmiş Samvel Babayanın Xankəndinə gəlişidir.
Ermənistan mediası Babayanın bir neçə gündür Qarabağda olduğunu yazır.
Vardanyanın qayıdışı və Babayanın gəlişi Xankəndidə siyasi mübarizənin qızışacağından xəbər verir.
R.Vardanyan Moskvaya təlimat almaq məqsədilə getmişdi. Geri qayıtmayacağı haqda xəbərlər var idi, qayıdışı o deməkdir ki, ruslar Rubene dəstək verməyə davam edəcəklər. Lakin qondarma “dövlət naziri”ni Nikol Paşinyan istəmir. Paşinyana yaxınlığı ilə seçilən Samvel Babayanın Qarabağa gəlişi isə Vardanyana qarşı planların olduğu deməkdir. Hətta Babayanın qondarma “dövlət naziri” təyin olunacağı haqda məlumatlar da yayılmışdı.
Vardanyanın və Babayanın Qarabağa necə keçdiyi isə hələ də sual altındadır. Mümkündür ki, onlar sülhməramlıların dəstəyi ilə Azərbaycan ərazilərinə keçə biliblər.
Asif
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO



































.jpg)
