Qarabağ
Qarabağda nə gözlənilir: Rusiya vətəndaşlarını Xankəndidən niyə çıxarır?
Qarabağa yerləşdirilən Rusiya vətəndaşlarının çıxarılması prosesi gedir: Laçın yolunda aksiyanı başlanmasından sonra 150-dən çox rus bölgədən çıxarılıb;
Rusların Qarabağa yerləşdirilməsi Moskvanın bölgəyə dair planlarından qaynaqlanırdı:
- “rus icması”nı formalaşdırır, bu kartdan istifadə etmək ssenarisini hazırlayır;
- və sülhməramlılarının bölgədə qalma müddətini bu ssenari üzərindən uzadılmasını planlaşdırırdılar;
Çünki erməni əhalisinin Bakı ilə təmaslarının artması perspektivi rusların bölgədə qalmasını da sual altına salır. Moskva separatçılar üzərindən inteqrasiya prosesinə mane olmaqla yanaşı, “rus icması”na alternativ variantdan biri kimi də baxırdı.
İndi rusların geri qaytarılması, proseslərin mümkün inkişafına da diqqət çəkir. Mümkündür ki, Bakı Qarabağda separatizmin ləğvi məqsədilə praktiki addımlar ata bilər, hadisələrin inkişafı da bu yöndədir. Və Moskva prosesin bu istiqamətdə inkişafının önünü kəsə bilməyəcəyini anladığı üçün vətəndaşlarını riskli hesab etdiyi bölgədən təxliyə edir.
Asif Nərimanlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































