Qarabağ
Bakının tələbi: üç gün sonra Xankəndidə nə olacaq? - VİDEO
09:08
Xankəndidəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyan fevralın 23-də müraciət edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, baş separatçının müraciətinin qondarma rejimin daxilində yaşanan siyasi intriqalarla bağlı olacağı gözlənilir.
Proseslər qondarma “dövlət naziri” Ruben Vardanyanın uzaqlaşdırılması ətrafında cərəyan edir. Araik istəsə də, Ruben getməməkdə israrlıdır.
Ermənistan mediası isə fevralın 23-də Vardanyanın qondarma “dövlət naziri” vəzifəsindən çıxarılacağını yazır. Gözləniləndir ki, Araik müraciətində bunu elan edəcək.
“İravunk” nəşri mənbələrə istinadən bildirir ki, fevralın 23-də Vardanyanla bağlı qərar veriləcək, o, “vəzifəsindən” uzaqlaşdırılacaq.
“Lakin Vardanyan Qarabağı tərk etmək istəmir və orada yaşamağa davam edəcək”, - nəşr yazır.
Qeyd edək ki, Vardanyanı Qarabağa gətirən Rusiya erməni əhalisinin rəsmi Bakı ilə təmaslarında ondan istifadə etmək niyyətindədir. Lakin bu plandan məlumatlı olan Azərbaycan birmənalı şəkildə bundan imtina edir. Prezident İlham Əliyev Münxendə çıxışı zamanı da bəyan etdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır.
“Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”, - İlham Əliyev qəti mövqe sərgilədi.
Vardanyanın “vurulması”nda əsas həlledici amilin Bakının tələbi olduğuna dair fikirlər var. Ermənilər hesab edir ki, bu tələb icra edilməsə, Bakının təzyiqləri güclənə bilər.
Asif
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər












.jpg)







.jpg)












.jpg)




