Qarabağ
Separatçılar Laçın yolundan keçməyə hazırlaşır - GİZLİ PLAN - VİDEO
Xankəndidəki separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan və qondarma “baş prokuror” Qurgen Nersisyan İrəvana getməyə hazırlaşırlar.
Publika.az xəbər verir ki, Ermənistan mediası Araiklə Qurgenin səfərinin Ruben Vardanyanın göndərilməsinə hazırlıqla bağlı olduğunu yazır.
“Vardanyanın postundan uzaqlaşdırılmasına hazırlıq gedir. Hazırda əsas müzakirə onu kimin əvəz edəcəyidir. Namizədlərdən biri Qurgen Nersisyandır. Araik Qurgeni İrəvana aparır ki, “xeyir-dua” alsın”, - “İravunk” nəşri yazır.
Qeyd edək ki, Laçın yolunda aksiyanın keçirilməsinə baxmayaraq, separatçı rejimin “nümayəndələri” son günlər yoldan aktiv şəkildə istifadə edə bilirlər. Məlumatlara görə, Araik Arutyunyan Moskvaya getdi, ardınca Ruben Vardanyan eyni addımı atdı. Hər iki separatçı daha sonra Xankəndinə qayıda biliblər. İndi də Araik özü ilə Qurgeni də götürüb Laçın yolundan keçməyə hazırlaşır. Separatçıların sülhməramlıların avtomobillərində gizli şəkildə gedib-gəldiyi deyilir.
Asif
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
.jpg)

.png)




















