Qarabağ
Əliyev Xankəndini və anklavları tələb edir – Oskanyan masadakı gündəliyi açıqladı
“Bu gün danışıqların gündəliyini Azərbaycan diktə edir. Danışıqlar masasında bir neçə əsas məsələ var: Qarabağ Azərbaycanın tərkib hissəsidir, Zəngəzur dəhlizi, sərhədin demarkasiyası və anklavlar. Bunlar Azərbaycanın gündəmidir, danışıqlarda Ermənistanın gündəmi yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Oskanyan Ermənistan hakimiyyətinə təklif edir ki, Azərbaycanın gündəliyinə alternativ yaradılsın.
Onun təklifinə görə, Qarabağın qondarma “statusu” iddiası, “erməni əsirlər”, Şuşa və Hadrut məsələsi gündəmə gətirilsin.
“Gündəliyin məsələləri genişləndirilməlidir ki, manevr imkanları yaransın. Hakimiyyət bunu etmir, yaxud edə bilmir. Bu halda hər şey İlham Əliyevin diktəsi ilə həyata keçirilir”, - Oskanyan bildirib.
Asif
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































