Qarabağ
Bakının tələbidir: “Vəzifədən” çıxarılan Vardanyan Qarabağı tərk edir
Qondarma “vəzifəsindən” uzaqlaşırılan Ruben Vardanyan Qarabağı tərk etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr Vardanyanın Ermənistana gedəcəyi və siyasi proseslərə qoşulacağı haqda məlumat əldə edib.
“Vardanyana yaxın mənbələrimiz onun komandasının İrəvanda qarşıdan gələn mer seçkilərinə ciddi hazırlaşdığını bildirib. Bu, adi seçki olmayacaq, həm də Ermənistanda müxalifətin liderliyi məsələsini həll edəcək. Məlumdur ki, Serj Sarkisyan və Robert Koçaryanın rəhbərlik etdiyi parlament müxalifəti 2021-ci ildəki seçkilərdə siyasi kapitallarını xərclədilər, onlar daxili siyasi sferada təsir gücünə malik faktor olmaqdan çıxıblar. İrəvan ağsaqqallar şurasına seçkilər isə siyasi oyunçular üçün sınağa çevriləcək. Kim öz ətrafında ən böyük və ən real konsolidasiyanı yarada bilsə, hakimiyyətin əsas rəqibinə çevrilə bilər. Vardanyanın Qarabağda son çıxışı zamanı Ermənistan hakimiyyətini tənqid etməməsi də İrəvanda siyasi oyuna daxil olmağa hazırlaşdığı vaxt münasibətləri gərginləşdirmək istəməməsindən irəli gəlir. Artıq İrəvanda mer seçkilərinə hazırlaşırlar, Vardanyanın yaratdığı “Aprelu Yerkir” partiyasını ağsaqqallar şurasının siyahısında Mane Tandilyan təmsil edəcək”, - nəşr yazır.
Qeyd edək ki, rəsmi Bakı Qarabağa qanunsuz yollarla gələn və burada erməni əhalisi arasında təxribat fəaliyyəti göstərən Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasını və Azərbaycan ərazisini tərk etməsini tələb edirdi. “Vəzifədən” çıxarılan Ruben Qarabağda qalacağını açıqlamışdı, görünür, Bakının tələbi qarşısında o, bölgəni tərk etməyə hazırlaşır.
Asif
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)