Qarabağ
Əliyev Paşinyanı Münxendə nəyə məcbur edib? - Ermənilər açıqlayır
09:12
“Laçın dəhlizi ilə bağlı iki proqnoz var idi, lakin heç biri reallaşmadı”.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Petros Aleksanyan deyib.
Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarı ilə dəhlizin açılacağı gözlənilirdi: “Bu olmadı. Ruben Vardanyanın gedişi ilə həll ediləcəyi deyilirdi. Bu da baş vermədi. Hər iki gözlənti yanlış idi, çünki Laçın yolu məsələsi nə texniki, nə hüquqi, nə də kadr xarakteri daşımır. Burada hər şey birbaşa siyasidir”.
Aleksanyan iddia edir ki, hər şey Praqa görüşündə həll edilib.
“Paşinyan həmin görüşdə Laçın dəhlizinin statusunun dəyişdirilməsinə razılıq verib. Daha doğrusu, Əliyev Paşinyanı buna məcbur edib və Nikol Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu məsələ Münxendə keçirilən Blinken-Əliyev-Paşinyan görüşündə bir daha təsdiqlənib. Ola bilər ki, dəhliz nə vaxtsa yenidən açılsın, amma bu, hər şeyin həll edilməsi demək deyil, çünki Bakı hər zaman yolda öz istəyini diktə edəcək”, - erməni şərhçi deyib.
Asif
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ






































