Qarabağ
Bakı Laçın dəhlizinə bu cihazları quraşdırır - Ermənilərlə keçirilən son görüşdə... - Video
09:18
Azərbaycanın, Laçın yolunda aksiyanın başa çatdırılması müqabilində irəli sürdüyü tələblər bir-bir yerinə yetirilir.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr mənbələrinə istinadən qeyd edir ki, Ruben Vardanyanın “uzaqlaşdırılmasından” sonra Laçın yoluna nəzarət tələbinin icrası ön plandadır.
“Bakının irəli sürdüyü tələblər bunlardır: Vardanyan getməlidir, Laçın yoluna nəzarətdə iştirak etməlidir, bu məqsədlə “X-ray” skaner cihazlarının quraşdırlması gündəmdədir, mədənlərdə monitorinq aparmalıdır və Qarabağdakı ağır hərbi texnika çıxarılmalıdır. Mənbələrimiz bildirir ki, Laçın yolunda rengten aparatı məsələsinin qurulması Azərbaycan üçün önəmlidir və hazırda bunun üzərində işləyirlər. Qarabağda erməni əhalisinin nümayəndələri ilə keçirilən son görüşdə bu məsələ müzakirə olunub və növbəti addım olaraq, cihazların quraşdırılması tələb edilib”, - nəşrin mənbələri bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində də bu məsələ müzakirə olunub. Lavrov bildirib ki, “dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür”. Ehtimallara görə, texniki vasitələr dedikdə Laçın yoluna “X-ray” skaner cihazlarının quraşdırılması nəzərdə tutulur. Lakin yoxlamaların Azərbaycanın nümayəndələrinin əyani şəkildə iştirakı, yoxsa onlyan qaydada olacağı hələ də açıq olaraq qalır.
Asif
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)