Qarabağ
Xocalı görüşünün yeni detalları: Bakı vaxt qoydu, iki tələb... - Video
10:00
Qarabağdakı erməni əhalisi ilə Xocalıda keçirilən görüşün yeni detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, erməni mənbələr Bakının cari olaraq iki məsələ üzərində dayandığını yazır.
Birinci məsələ Qarabağdakı mədənlərdə monitorinqin aparılmasıdır.
“Bakı bu tələbi ilkin şərt kimi irəli sürüb və danışıqlarda müəyyən razılıqların olduğu haqda məlumatlar var”, - “arsaxpress” adlı qondarma sayt separatçılara istinadən yazır.
Separatçıların qondarma “rəsmilərindən” Artak Beqlaryan da təsdiq edib ki, görüşdə mədənlərə giriş məsələsi müzakirə edilib.
İkinci məsələ Laçın yoluna nəzarətdir.
Erməni mənbələr yazır ki, Bakı mədənlərə girişin təmin edilməsindən dərhal sonra bu tələbin icrasını irəli sürür.
“Müzakirələr Laçın dəhlizində “X-ray” skaner cihazlarının qurulması ilə bağlıdır. Bakı bu cihazların başında öz nümayəndəsinin də dayanmasını istəyir, lakin məsələ hələ açıq olaraq qalır”, - “hayeli” saytı yazır.
Sayt qeyd edir ki, Bakı tələblərinin ən qısa müddətdə yerinə yetirilməsini istəyir.
Separatçıların digər “rəsmisi” Seyran Ayrapetyan deyib ki, Laçın yoluna cihazların qurulmasına razıdırlar: “Lakin Bakının öz nümayəndəsini dəhlizə göndərməsini qəbul etmirik. Cihazlar qurulsun, nəzarət də sülhməramlılar tərəfindən aparılsın”.
Qeyd edək ki, Xocalıda keçirilən görüş Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesində ilk addım kimi qəbul edilir.
Asif
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?




































.jpg)
