Qarabağ
Qarabağda səngər əməliyyatı: Bakı nəyə hazırlaşır?
Qarabağdakı separatçı-terrorçuların ordumuza qarşı təxribatların hazırladığı gözləntisi hər keçən gün daha da artır. Burada əsas məqsəd erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq və özlərini “tərəf” kimi qəbul etdirməkdir.
Son məlumatlar bu kontekstdə xüsusilə diqqət çəkir: qanunsuz erməni silahlı dəstələrin üç videomüşahidə kamerası Ordumuz tərəfindən sıradan çıxarılıb, bununla yanaşı, separatçıların yeni səngərlər qazdığı, “mövqelər” qurduğunu əks etdirən görüntülər yayılıb;
Səngərlərin sülhməramlıların müşahidə məntəqəsinin yanında qazılması təxribat hazırlığının arxasında Rusiyanın dayandığını açıq şəkildə göstərir. Xocalıda erməni əhalisi ilə keçirilən görüş inteqrasiya prosesində ilk addım kimi qəbul olunur, xüsusilə Qərb buna dəstək verir. Rusiya görüşə “moderatorluq” etsə də, inteqrasiya prosesini əngəlləməkdə maraqlıdır. Çünki qarşıdurma sülhməramlıların bölgədə qalması üçün “qarantiya” deməkdir.
Baş verənlər fonunda videomüşahidə kameralarının sıradan çıxarılması, o cümlədən, erməni terrorçuların səngər qazdığına dair görüntülər iki məsələni aktuallaşdırır.
Birincisi, rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə, Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin separatçılar olduğunu və onların Azərbaycanın suverenliyinə təhdid yaratdığını göstərir, eləcə də onları məhvetmə hüququna sahib olduğu mesajını verir;
İkincisi, son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması, qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır;
Mümkündr ki, qarşıdakı dövrdə Qarabağda müəyyən əməliyyatların keçirilməsi gündəmə gələ bilər. Çünki separatçı-terrorçuların davranışı onların yalnız güc dilini anladığını təsdiq edir. Bununla yanaşı, separatçıların vəziyyəti gərginləşdirmək üçün ordumuza qarşı daha böyük təxribat hazırladığı da hiss edilir. Belə bir vəziyyətdə anti-terror əməliyyatı qaçılmaz ola bilər.
Asif
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO





















.jpg)
















.jpg)


