Qarabağ
Araikin yerinə kim gələcək? – Bakı Xankəndini belə idarə edir
Qarabağdakı separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan gələn həftə istefa verə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Bakının reinteqrasiya tələbindən sonra Xankəndidəki separatçılar çətin vəziyyətə düşüb: “Araik bildirdi ki, Bakı öz kanalları vasitəsilə “ya inteqrasiya, ya da daha çətin vəziyyət” mesajını ona çatdırıb. Məlumatlara görə, Araikin dediyi kanallar Ermənistan hakimiyyətidir. Arutyunyan məhz Paşinyanla görüşdən sonra bu açıqlamanı verdi. Nikol da Bakının tələbinin dəyişməyəcəyini, reinteqrasiyanın alternativinin olmadığını ona izah edib. Bundan sonra Arutyunyan istefa vermək qərarına gəlib. Qarabağdakı mənbələrimizdən öyrəndik ki, gələn həftə “konstitusiya” dəyişikliyi layihəsi müzakirə olunacaq və “düzəlişlər” qısa müddətdə həyata keçiriləcək. Əgər Bakı reinteqraiya tələbində israr edərsə və İrəvan bu məsələdə heç nə etməsə, Araik istefa verəcək. “Düzəliş” də istefanı əsaslandırmaq üçündür”.
Nəşr yazır ki, artıq Araikin yerinə gələcək şəxslərin də adı tirajlanır.
“Mənbələrimiz Samvel Babayanın namizədliyinin gündəmdə olduğunu deyir, lakin onuna bağlı ümumi razılaşma yoxdur. Babayanla yanaşı, “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Araik Arutyunyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanın da adı çəkilir”, - “Hraparak” yazır.
Nəşr onu da yazır ki, son proseslər Bakının Xankəndidəki prosesləri siyasi təzyiqlə idarə etdiyini göstərir.
Asif
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO





































